“4 sual”…

alt

Bir adam Hz.Əliyə (ə) gəldi və:
“Sənə soruşmaq istədiyim dörd sualım var” dedi.
Elm Şəhərinin Qapısı:
“Buyur, soruş!” dedi.
Adam soruşdu:
“Vacib nədir? Vacibdən daha vacib nədir?”
Hz.Əli cavab verdi:
“Tövbə etmək vacibdir. Günahları tərk etmək isə ondan daha vacibdir.”
Adam soruşdu:
“Yaxın nədir? Yaxından daha yaxın nədir?”
Hz. Əli cavab verdi:
“Qiyamət yaxındır. Ölüm ondan daha yaxındır.”
Adam soruşdu:
“Əcaib nədir? Əcaibdən daha əcaib nədir?”
Hz.Əli cavab verdi:
“Dünya əcaibdir. Dünyanı sevmək isə ondan daha əcaibdir.”
Və adam son olaraq, bu sualı soruşdu:
“Çətin nədir? Çətindən daha çətin nədir?”
Və Hz.Əli, bu son suala da,belə cavab verdi:
“Qəbir çətindir. Azuqəsiz, əməlsiz qəbirə girmək ondan daha çətindir.”

Angelocka

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    aydaaa baciiiii…bu cooox xowuma geldi….Alah gomeyin olsun

    ozunde tez gel….delirmek uzereyim…. agla agla

  2. MILAQROS dedi ki:

    Bunu oxumusham,cox sagol

  3. VeFaSiz_Giz dedi ki:

    Coox saqol canim, cox maraqli idi oxumaq. ALLAH senden razi olsun.

  4. Angelocka dedi ki:

    badi_Seba,
    Cann bitanem cox sevindim ki xowuna geldi..geldim yaxwi aglama gozuvun suyunu tokme (tkm) roll

    MILAQROS,
    Ok canim menim lap yaxwi..Birde oxuyub rey yazdigin ucun minnetdaram opucuk

    vefasiz_giz,
    Sagol ureyim allah sendende razi olsun angel

  5. )(akker dedi ki:

    xebere gore cox saqol

  6. BLACK STAR dedi ki:

    cox saolun…maraqlidi

  7. МиниК_Сердце dedi ki:

    xowuma geldi.