Məhəbbət düsturu…


Oxşardır sevginin tarixçələri…
Yatmışdıq yuxudan ayıldıq,əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq,çıxaq məhəbbət…
Heç kimə dərs deyil,olub-olacaq…


Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq
Üstəgəl məşəqqət,çıxaq mərhəmət…
Hər şeydə günahkar tək məni saydın,
Biz necə olaydıq səninlə xoşbəxt?!


Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq,çıxaq ədalət!!!
Nə günə qoyurdu məni o eşqin,
Hardandı səndəki bu kin,kidurət?!
Hasilə nə qaldı,indi bax sevin…


Üstəgəl miskinlik, çıxaq əzəmət…
Dedilər sınama,sınanan haqdır
Əzilən adamdan umma dəyanət.
Gör gəlib axırı hayana çıxdı! –
Üstəgəl xəyanət,çıxaq sədaqət…


Mən ülfət unadım,sən həsrət dedin…
Dözümə tapmadım özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab edin
Üstəgəl fəlakət,çıxaq səadət…

Optimist...

Şərhlər:

  1. emo15 dedi ki:

    ilk serh menden seirde superdi thank you flower angel angel applause applause

  2. polo dedi ki:

    men+o=ForGenC.NeT
    xebere gore twk

  3. ...::EMERALD::... dedi ki:

    XOSUMA GELDI TWK

  4. HeYaTiM dedi ki:
    ela tewekkurlerrrr
  5. BlAcKsTaRiN dedi ki:
    Həzz ilə zьlm edir цzьnə millət.
    Səndən gцrdьklərim bunlardır ancaq
    Ьstəgəl məşəqqət,зıxaq mərhəmət…
    Hər şeydə gьnahkar tək məni saydın,
    Biz necə olaydıq səninlə xoşbəxt?!
  6. Optimist... dedi ki:

    reyleriniz ucun tesekkur