“Allahin Sevimli Qulu”…

alt

Allahın sevimli qullarından biri bir yuxu görər; yuxusunda özünə belə deyilir: “Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!” Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yedi, baldan şirin tapdı.
Allaha həmd etdi, getdi. Qarşısına altından bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq üzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, “Mən əmr ediləni etdim.” deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: “Ey Allahın sevimli qulu, məni saxla. Mənə kömək et.” Onu götürdü. Arxasından şahin gəldi; belə dedi: “Ey Allahın sevimli qulu. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: “Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməm əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz uyluğundan bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: “Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir.”

Daha sonra, yuxusunda belə izah edildi: “Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbrlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır.

Angelocka

Şərhlər:

  1. Badi_Seba dedi ki:
    Canim coooooox maraqli hekayedi….Allah razi olsun….

    Şьbhəsiz hər şeyi bilən Allahdır.

  2. MILAQROS dedi ki:

    Daha sonra, yuxusunda belə izah edildi: "Birinci gцrьb yediyin hirsdir. Əvvəl bцyьk bir dağ kimi gцrьlər; səbrlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana зıxar. Ьзьncьsь, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dцrdьncьsь budur: Bir insanın sənə bir diləyi зatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaз. Şьbhəsiz hər şeyi bilən Allahdır.

    Vallah o qeder xoshuma geldiki bu hekaye hec bilmirem ne deyim,Insanlar gerek ALLAHin teleblerini yerine yetirsinler,behre gormek ucun yox sadece ALLAHa yaxin olmaq ve ONUN sevimli bendesi olmaq ucun

  3. VeFaSiz_Giz dedi ki:

    Sitat: MILAQROS
    Vallah o qeder xoshuma geldiki bu hekaye hec bilmirem ne deyim,

    ya_za ya_za ya_za

    Cooox saqol canim ALLAH senden min defe razi olsun, Vallah cox xowuma geldi, kopyada etdim. Inan indiyene kimi men bu geder azece xeberler oxumamiwdim amma indi butun DINne aid xeberleri oxuyuram, ve Bilmediylerimi oyrenirem. ALLAH bu dunyada her birinizden razi olsun

  4. Angelocka dedi ki:

    badi_Seba,
    Cooxxx sagol awkim sendende hemcinin amin angel

    MILAQROS,
    Cannn ne yaxwi beyendin canim menim cox sevindim yahoo

    vefasiz_giz,
    Sagol bitanem sen ki bu xeberleri oxuyub birweyler oyrenmek ucun bu qeder vaxt serf edirsen allah savaba yazara inwallah amin angel

  5. KIVANC dedi ki:

    ELA SUPER CHOX XOSUMA GELDİ MİNNETDARAM…

  6. МиниК_Сердце dedi ki:

    Quş ona belə dedi: \"Ey Allahın sevimli qulu, məni saxla. Mənə kцmək et.\" Onu gцtьrdь. Arxasından şahin gəldi; belə dedi: \"Ey Allahın sevimli qulu. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm.