Biz ki əsil müsəlmanıq

Biz ki əsil müsəlmanıq

Durmadan xütbə söylərik

Zəmanədən gileylərik
Şalvarı şortik eylərik
Biz ki əsl müsəlmanıq
İslam deyək. coşaq yanaq
Ərəblərə arxalanaq
Əlli yerə parçalanaq
Biz ki əsl müsəlmanıq
Müsəlmanıq deyib öyək
Dalda da Lap söyüş söyək
Özümüzü zəncirlə döyək
Biz ki əsl müsəlmanıq
3-5 günlük siğə elə
Düşməz bu cür fürsət ələ
Kayfıvı tut elə-belə
Biz ki əsl müsəlmanıq
Dünya bizi xormu görüb?
Bizi kimlər satdıq bilib?
Halal pivəmizdə gəlib
Biz ki əsl müsəlmanıq
Əlində badə qalxacaq
Molla içib yüz Sıxacaq
Halal viskidə çıxacaq 
Biz ki əsl müsəlmanıq
Qoy tapaq tumun tökərik
Halal nəşədə əkərik
Doldurub bir baş çəkərik
Biz ki əsl müsəlmanıq

NeRMiS

Şərhlər:

  1. emo15 dedi ki:

    gozel seirdi thank you

  2. ...::EMERALD::... dedi ki:

    NeRMiS twk

  3. EQoiSTKa dedi ki:
    ALLAX RAZI OLSUN
  4. Lucky Girl dedi ki:

    Yazana halaldir.Ela idi

  5. Pretty_Zara dedi ki:

    haminiza tewekkurler angel angel