Əvəzolunmaz insan yoxdur…


Əvəzolunmaz insan yoxdur
-Mən evlənmək istəyirəm!
Bu xəbəri ilk olaraq bacıma söyləmək qərarına gəldim.Süfrə arxasında oturub lap uşaqlıqda olduğu kimi ikimiz bir boşqabdan qızarmış kartof yeyir və müzakirə edirdik.Bacım maraqlandı ki kimə evlənirsən?Mən də söylədim.O qızı tanıyırdı,heç bir irad tutmadı.Onların söhbətləri tütürdu.
-Təbrik edirəm.Nə vaxta planlaşdırmısan?
-Zamanı müəyyən etməmişəm,amma sən toya paltar tikdirməyə başlaya bilərsən.Amma bir problem var.O yemək hazırlamağı bacarmır.Mən isə yaxşı yeməkləri xoşlayıram.Bəlkə sən kömək edəsən,onunla danışasan,bişirməyi öyrədəsən?Heç olmasa bax bu qızardılmılş kartofu bişirə bilsin.
-Bəlkə sən özün hazırlayasan yeməyi.Həm tox olacaqsan,həm də artıq söz söhbət olmayacaq
-Yox,yeməl bişirmək,ərini yedizdirmək qadının vəzifəsidir.Mən istəmirəm.Sən axı mənim bacımsan,kömək elə də.
Bacım çox istəyirdi mən evlənim,ona görə fikrə getdi:
-Mən onunla danışmayacam.Birincisi o səni sevirsə səni eşitməlidir.Yox sənə qulaq asmırsa mənim sözümün heç bir əhəmiyyəti olmayacaq.Əgər özü xahiş etsə mən ona yemək bişirməyi öyrədərəm.Güclə mümkün deyil.Amma sənə məsləhət verə bilərəm…
..Deməli belə.Görsən ki yemək bişirmir,balıq alarsan,məsələn karp.Gətir ver ona.De ki axşama yemək hazırlasın.Desə ki mən hazırlamağı bacarmıram sakitcə bir də xahiş elə.Və daha axşamacan heç nə demə.Şam yeməyi zamanı soruş ki nə hazırlaya bildin,Əgər desə ki,mən axı sənə demişəm yemək hazırlaya bilmirəm,onu evdə qoy.Geyin və çıx.O gözləyəcək ki sən yeməyə nəsə alıb gələcəksən.Sən isə əvvəldən tanış qızların biri ilə danış.Qız gözəl və bacarıqlı olmalıdır.Ümumi tanışınız olsa lap yaxşı.
Onu evə gətir və yoldaşına de ki,sən mənə yemək hazırlaya bilmədiyin üçün bu gün bizim yeməyimizi Xəyalə bişirəcək.Amma özünü sakit aparmağı bacar.Neyləsə də fikir vermə,qızların söhbətinə də qarışma.Yeməkdən sonra qızı evlərinə ötür,bir az gəzin ,evə qayıt.Bunu yoldaşınla müzakirə etmə.Səhəri gün toyuq al və ondan xahiş elə axşama yemək hazırlasın.Sonra mənə danışarsan.
Bacımın məsləhətinə qulaq asdım.1 həftədən sonra yenə onlara gəlib olanları danışdım:
-Deməli sənin məsləhətin ilə balıq aldım,xahiş elədim axşama bişirsin.Axşam isə məni evdə gülməli bəhanələr gözləyirdi.Əvvəldən Xəyalə ilə danışmışdım,ondan xahiş etdim ki,bizə gəlib yoldaşıma yemək bişirməyi öyrətsin.Qızların paxıllığını bilirsən axı.O öz üstünlüyünü göstərmək üçün böyük sevinclə razı oldu.Yoldaşıma deyirəm ki,əzizim sən yemək bişirə bilmədiyin üçün Xəyalə bunu edəcək,sən də bax öyrən.Sən qızın sifətini görəydin,o söz deyə bilmədi.Sonra isə görəndə ki Xəyalə onun önlüyünü taxıb mətbəxə keçdi,soyuducunu açdı əsəbdən qapını çırpıb evdən çıxdı.Amma qısqancdır axı.10 dəqiqə sonra qayıtdı.Gördü ki mən lətifə danıçıram,Xəyalə də gülə gülə mətbəxdə balığı hazırlayır.Dözmədi,dedi ki Xəyalə evlərinə getsin,mən isə dedim ki yeməyi o hazırlayıb deyə heç olmasa bizimlə şam etməyə haqqı var.Nəsə dinmədi.Süfrəni hazırladı.Oturub yedik,mən geyinəndə yenə dözə bilmədi.Dedi ki,əgər mən indi qapıdan çıxsam geri qayıdanda onu evdə görməyəcəm.Mən sakitcə dedim ki,əgər o gedəcəksə qablar çirkli qalacaq.Bəlkə Xəyalə qalsın,qabları yuyub sonra gedər.Onun sifəti dəyişdi,dedi bircə bu qalmışdı özüm yuyacam.
Axşamə başa vurduq,səhər təbii ki mənimlə danışmırdı.Mən mağazaya gedib toyuq aldım,mətbəxə qoyub xahiş etdim ki axşama toyuq bişirsin.O cavab vermədi.Amma axşam məlum oldu ki o yemək bişirə bilərmiş.Elə dadlı toyuq bişirmişdi ki,mən hətta təriflədim də.Əvvəlki əhvaları bir də xatırlamadıq və hər gün yeməyimiz hazır,evimiz səliqəli olur.Məsləhətin əla idi.
Bacım gülümsədi:
-Hə əlbəttə.Amma xırda bir detal da var,yadında saxla ki,evdə kişiyə aid işləri etmək lazım gələmdə sən də bacarmıram deyə bilməyəcəksən.İndi bilirsən axı heç kimin yeri boş qalmır,əvəz edən mütləq tapılır.

Tərcümə olunmuş bir hekayə…

Angel_a

Şərhlər:

  1. Agresiv_qiz dedi ki:

    xebere gore tesekkurler twk evezolunmaz insan var men=))))))))

  2. BlAcKsTaRiN dedi ki:
    Raziyam..!!!
  3. emo15 dedi ki:

    thank you maraqli idi

  4. TARKAN dedi ki:

    cox sag ol nermin superdi tesekkur edirem