“Məhəmməd peyğəmbərdən hədislər”…

alt

1) Peyğəmbərimiz (sav) buyurmuşdur:

” İslam beş əsas amil üzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq , zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək. “

2) Peyğəmbərimiz (sav) buyurmuşdur:

” Siz böyük günahlardan çəkindikcə, beş namaz arası və cümədən cüməyə olan vaxt günahlarınız üçün kəffarədir. “

3) Abdullah bin Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:

” Etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız. Səhər namazını qıldıqda isə günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, zöhr namazını qıldıqda isə günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, sonra əsr namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, məğrib namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, işa namazını qıldığınızda günahlarınız yuyulur. ”

4) Ənəs bin Məlikdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:

” Hər namaz vaxtı Allahın bir mələki belə çağırar: ” Ey Adəm övladları! Qalxın öz əllərinizlə qaladığınız atəşi indi

söndürün. ”

5) Salman əl-Farisidən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:

” Müsəlman namaza durduğunda günahları başının üstündə olar. Hər dəfə səcdə etdiyində günahları tökülər və namazını bitirdiyində isə artıq günahları qalmaz. ”

6) Amru bin Muraa əl-Cuhanidən rəvayət olunur ki, bir nəfər Allahın elçisinin yanına gələrək:

” Ey Allahın elçisi ! Əşhədu Ənlə İləhə İllallah və Əşhədu Ənnə Muhammədən Rəsulullah şəhadət kəliməsini desəm, beş vaxta namazımı qılsam, zəkatımı versəm, ramazan orucunu tutsam və ramazan ayını ibadətlə keçirsəm mən kimlərdənəm? “

Peyğəmbər (sav) : Sən siddiqlərdən və şəhidlərdənsən cavabını verdi.

7) Uqba bin Amirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:

” Əgər bir müsəlman kamil dəstamaz alar və sonra namaza durar və namazını qılarsa, anadan olmuş uşaq kimi günahlardan təmiz olar. “

8) Zeyd bin Xalid əl-Cuhanidən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:

” Kim kamil dəstamaz alar və sonra iki rukət də namaz qılarsa , cənnət ona artıq vacib olmuşdur. ”

9) Peyğəmbər (sav) buyurmuşdur:

” Bilin ki, sizin ən fəzilətli (yaxşı) əməliniz namazdır. “

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    5) Salman əl-Farisidən rəvayət olunur ki, Allahın elзisi (sav) buyurmuşdur:
    " Mьsəlman namaza durduğunda gьnahları başının ьstьndə olar. Hər dəfə səcdə etdiyində gьnahları tцkьlər və namazını bitirdiyində isə artıq gьnahları qalmaz. "

    cox sagol canim,ALLAH razi olsun

  2. VeFaSiz_Giz dedi ki:

    1) Peyğəmbərimiz (sav) buyurmuşdur:
    \" İslam beş əsas amil ьzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq , zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək. \"



    Cooox saqol Canim benim, duzu oxudum ve xeberin cox xowuma geldi Allah Razi Olsun senen canik.

  3. Badi_Seba dedi ki:

    baciwim cooox sagol maraqli xeberlerine gore…awkim….

  4. KENAN_M dedi ki:

    MEHEMMED PEYGEMBER(S.A.S) BUYURUB..HEQIQETEN CENNETE YETISENLER BU(HEZRETI ELI(S.A.S)) VE ONUN SIYELERIDIR..YENI ONUN DAVAMCILARIDIR..BU HEDISE SUBHE ELIYENLER NE ISTESE SORUSA BILERLER.ALLAH RAZI OLSUN

  5. Angelocka dedi ki:

    MILAQROS,
    Cox saol meleyim senden de hemcinin opucuk heart

    vefasiz_giz,
    Sagol bitanem sendende razi olsun beyendiyin ucun sevindim opucuk heart

    badi_Seba,
    Cooxxx sagol awkim awkim sende sagol oxuyub rey yazdigna gore opucuk heart

    KENAN_M,
    Cox sagolun cumlemizden inwallah..Oxuyub rey yazdiginiz ucun minnetdaram size.. bayaca

  6. Ayselka dedi ki:

    aaaaaaaa sagol xowum geldi

  7. МиниК_Сердце dedi ki:

    Cox sag ol opucuk