Qarışıq giləmeyvəli keks


alt


Ərzaqlar

2 stəkan əla növ un

2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.

1/2 çay qaşığı duz

1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)

1 stəkan şəkər tozu

4 yumurta

1 stəkan qatıq (turş olmasın)

1 stəkan qarışıq giləmeyvələr (istədiyiniz giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən

 və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv

 qalsın).

2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da

 əvəz oluna bilər).

Qarışıq giləmeyvəli keks


QEYD:
Burada qış boyu dükkanlarda buzluqda saxlanan giləmeyvələr satılır (frozen berries).

 Əgər yaşadığınız yerdə bundan satılırsa, təzə giləmeyvələrin əvəzinə istifadə edə bilərsiniz. 

Buzluqdan çıxardıb, əritmədən, buzlu-buzlu xəmirə qatın.

1. Sobanı 180C-dək qızdırın.

2. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.

3. Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə


 edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib,

 bütün ərzaqlar qarışanadək çırpın.

4. Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla


 qarışdırın.


Qarışıq giləmeyvəli keks


Qarışıq giləmeyvəli keks

Mix-Girl

Şərhlər:

  1. xaver dedi ki:

    dьzdьr dadlı gцrsənir.
    popcorn

  2. aksa_ahmedov dedi ki:

    ayda cox dadli gorsenirler icecream

  3. Pretty_Zara dedi ki:

    twk edirem

  4. gozel_qiz dedi ki:

    Mix-Girl,
    gor ne gorsetdi de ac olan vaxtimizda

  5. MURAD_X dedi ki:

    twk dadli seye oxsayir..

  6. BlAcKsTaRiN dedi ki:
    Mmmmmmmmmm datdidiiiiiiii……..)))))))))))!!
  7. ASKO dedi ki:

    saq ol fulldu ee ama bunu menimcun kim pisireerrrr??? twk barbarian crazy

  8. emo15 dedi ki:

    ellerine salq.amma men bele seyler cox yemirem icecream wine clapping aferin sene

  9. Gunes dedi ki:

    tesekurler beleke bir gun lazim olar

  10. Mix-Girl dedi ki:

    BUYURUN NECEDUUUU?//

  11. Sweet_Love dedi ki:

    oluremde wirniyyat ucun crazy