Unsuz Şokoladlı Tort

Unsuz Şokoladlı Tort

Hazırlama müddəti: 20 dəqiqə

454 q iri doğranmış yarı-şirin şokolad (plitka)

146 q iri doğranmış duzsuz kərə yağı

5 iri yumurta

Tortu istədiyiniz şəkildə olan tort formasında bişirə bilərsiniz. Ölçüləri təxminən 15 cm X 18 cm, 18 cm X 18 cm olan formalardan istifadə edə bilərsiniz. Əgər nəfərlik tortlar bişirmək istəyirsinizsə, onda kiçik formalardan istifadə edib, ayrı-ayrı bir neçə kiçik tort bişirin.

1. Şokoladı və kərə yağını istiyə qarşı dayanıqlı bir qaba qoyub, qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokoladı və yağı əridin. Sonra qabı alınan kütlənin soyuması üçün kənara qoyun.

Unsuz Şokoladlı Tort

2. Tort formasının dibini və kənarlarını azacıq yağlayın. Dibinə kalka kağızı sərin və onun da azacıq yağlayın.

3. Yumurtanın ağını sarısından ayırın və iki ayrı qaba qoyun.

4. Yumurtanın ağını mikserlə köpüklənib ağaranadək çalın

.

Unsuz Şokoladlı Tort

5. Sonra ayrı qabda olan yumurtanın sarısını da mikserlə çalın.

6. Çalınmış yumurtanın sarısını soyumuş şokolad olan qaba əlavə edin.

7. Yumurtanın ağını da tədricən bu qaba əlavə edib yaxşıca qarışdırın. Alınan kütlədəı ağ köpüklər qalmamalıdır.

Unsuz Şokoladlı Tort

Unsuz Şokoladlı Tort

Mix-Girl

Şərhlər:

  1. Sweet_Love dedi ki:

    mence dadli olar crazy

  2. MURAD_X dedi ki:

    lezzetli seye oxsuyur twk

  3. emo15 dedi ki:

    thank you menim sirniyetlardan xosum gelmir

  4. Emo_Girl dedi ki:

    Tesekkurler Super gorunur wirin

  5. Taekwondois dedi ki:

    Zordu! Onu bir yiyerdim….) Belke de ureyim gelmez onu yimeye))) twk

  6. ASKO dedi ki:

    Mix-Girl,
    vallah sene ne olubki ancaq bele gozle yemekler sayta buraxirsan hec bizi fikirlewmirsen?eladi ama menimcun kim piwirecek bunu hm ? applause twk crazy

  7. Gunes dedi ki:

    LadyGirl,
    menimde ureyim istedi pisir gelim birlikde yiyek

  8. gecenin_sehr dedi ki:

    tewekkurler cox lezzetli gorunurler