Eşq duası

alt

Rəbbim bir insan qoy qəlbimə
Amma o insan sənin də sevdiyin olsun
Və mənə elə bir insan sevdir ki,
O insanın ürəyi Səni sevən bir məbəd olsun.
Məni elə bir insanla görüşdür ki,
Məndən əvvəl onunla görüşmüş olan Sən olasan 
Onunla əl-ələ tutduğumuzda 
İkimizin üzərində Sənin əlin olsun 
Mənə elə gözlər göstər ki,
Mən o gözlərdən sənə baxım
Mənə elə bir sevgili ver ki,
O gözlər Cənnətə açılan iki pəncərə olsun
Onunla elə bir yolda gedək ki,
Bələdçimiz sən olasan ey Rəbbim 
Elə bir sevgili ver ki mənə, 
Ona sarıldığımda kainat bizə baxsın 
Bir-birinə sarılsın
Sevgimiz qurdla quzuları barışdırsın
Bizə baxıb şeytan Adəmə səcdə etsin 
Günah savab uğrunda özünü fəda etsin 
Ölülər bir-bir oyansın sevgimizlə
Bizə elə bir sevgili ver ki, 
Sevgimizdə Məhəmməd (s.a.s) sevilsin 
Elə sevək ki bir-birimizi
Hz. Xədicə göylərdən bizə səslənsin
Və desin ki,
Ya Məhəmməd bax bu sevgililərə. Onlar bizdə… bizdə onlardayıq.
Bax Eşqimiz bir daha yaşanır yer üzündə..
Allah Eşqimizi elə çox sevir ki minlərlə insana yaşadır..

Allahım sevgini, Səni sevənin sevgisini və Səni sevməyə məni yaxınlaşdıranın sevgisini mənə nəsib et.
Allahım elə bir sevgi ver ki ürəyimə səhərə qədər namaz qılım yorulmayım.
Allahım elə bir sevgi ver ki, ürəyimə ən uzun günlərdə oruc tutum bezməyim.
Allahım elə bir sevgi ver ki, gəzdiyim gördüyüm hər yerdə sənin adını zikr edim..

Allahım əgər mən sənin cənnətini qazanmaq üçün ibadət etsəm qoyma məni cənnətinə. Əgər cəhənnəmində yanmamaq üçün ibadət edirəmsə at məni atəşə. Mən, Sənə olan eşqimdən ibadət edirəm . Sən istəsən Cənnətinə qoyarsan istəsən Cəhənnəminə.

ASKO

Şərhlər:

  1. YaZ_YaGmuRu dedi ki:

    cox gozeldi…ellerin var olsun thank_you

  2. mR_bAkiNec dedi ki:

    Belede pis deyil ))
    Twk

  3. gecenin_sehr dedi ki:

    TEWEKKUR maraqliydi

  4. PRistupnIK dedi ki:

    TWK MARAGLIDI

  5. MURAD_X dedi ki:
    maraqla oxudum twk ELLERINE SAGLIK…
  6. emo15 dedi ki:

    cox sagol super idi tahnk you.allah seveni bir birine qovusdursun.amin

  7. Lucky Girl dedi ki:

    Inshallah hamiya bele seveceyi birisi qismet olar..AMIN wirin

  8. Sweet_Love dedi ki:

    Oxumuwdum yene de cox saqol )))

  9. SURA_WKA dedi ki:
    ALLAH HAMININ DUALARINI QEBUL ETSIN ICINDEDE MENIM.

    ALLAHDAN ISTEYECEYIM EEEEEEEEE OKKEDER SEY VAR KI, . . .

    cry

  10. _Sia_ dedi ki:

    Ne xosbextdir ALLAH rizasinda sevisinler.

    MEHEMMED PEYGEMBER (S.E.S)

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…