Qurani Kerim Hz.Ibrahim möcuzleri

alt

Qurani Kerim əs-Saffat suresinden.. 

83. Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi. 
84. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.85. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz? 
86. Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz? 
87. Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!) 
88. (İbrahim) ulduzlara bir nəzər saldı. 
89. Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!” 
90. (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər. 
91. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz? 
92. Sizə nə olub ki, danışmırsınız?”93. Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. 
94. (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi. 
95. (İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? 
96. Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”93. Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi. 
97. Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!” 
98. Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər). 
99. (İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə – Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!” 
100. (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!” 
101. Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. 
102. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”103. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman 
104. Biz ona belə xitab etdik: “Ya İbrahim!
105. Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. 
106. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. 
107. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. 
108. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. 
109. (Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!” 
110. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! 
111. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
1-ci hissenin sonu davami olacaq!

ASKO

Şərhlər:

  1. emo15 dedi ki:

    allah razi olsun.thank you

  2. BadBoy dedi ki:

    allah razi olsun

  3. EMO GRIL dedi ki:

    TWK XEBERE GORE

  4. Gunes dedi ki:

    Allah razi olsun

  5. mR_bAkiNec dedi ki:

    Sagol Xebere Gore ALLAH Razi Olsun..!

  6. Angel_a dedi ki:

    twkler ALlah razi olsun davamini gozleyirik

  7. Pestimist... dedi ki:

    ALLAH


    razi


    olsun

  8. ASKO dedi ki:

    reylere gore cox saq olun ama isteyeremki xeberi axira kimi xouyasiniz cunki dinimizle baqlidir ve gozle lazimlidir

  9. Sweet_Love dedi ki:

    Cox saqol ellerine sagliq…

    Cok uzaktasin beni duymazsin unuttun beLki de hatirLamazsin hani derdin ya sen bitanesin bitanen burada Sen neredesin……

  10. YaZ_YaGmuRu dedi ki:

    cox sagol thank_you

  11. gecenin_sehr dedi ki:

    ALLAH RAZI OLSUN

  12. MURAD_X dedi ki:
    ALLAH_RAZI_OLSUN..Super. Ellerine saglik…
  13. ZoRRo_BaKu dedi ki:

    Allah Razi Osun Cox Sagol

  14. polo dedi ki:

    allah razi osun cox sagol … allah komeyin olsun

  15. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…