Uşağın adı onun həyatını müəyyənləşdirir

alt

Elə bilirsiz uşağa ad seçməklə, canınız qurtaracaq? Əslində, valideynlər, xüsusən canfəşanlıq edən nənələr-babalar, yəni ağsaqqallar hansı məsuliyyəti daşıdıqlarının fərqinə belə varmırlar. XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də gənc ailələrdə doğulan körpəyə ad seçməkdə böyüklərin müdaxiləsi ilə qarşılaşırlar. Könülsüz və ya könüllü seçilən adların körpənin gələcək həyatına, taleyinə, xasiyyətinə və psixologiyasına necə təsir etdiyini düşünən varmı? Odur ki, secim qarşısında qalmış və yaxud qalacaq valideynlərə uşağın adı ilə bağlı qızıldan qiymətli məsləhətlər, yerinə düşər.

I Üsul: Qədimdə doğulan uşaqlara müqəddəs insanların, tarixi şəxsiyyətlərin, peyğəmbərlərin adını qoymaq cox dəbdə idi. Şərq olkələrində Quranda qeyd olunmuş adlardan istifadə etmək ənənəsi indi də var. Əslində, məhz elə bu üsul çox təqdirəlayiqdir. Tarixə adını yazmış şəxsiyyətlərin necə böyük ürəyə, xarakterə malik olmaları onsuz da bəllidir.

Məsləhət: Əgər siz də övladınıza müqəddəs şəxslərdən birinin adını qoymaq istəyirsizsə, bunu məhz həmin insanın xatirəsinə seçdiyinizi vurğulamalısız. Bəzən valideynlər uşağa Əli adını qoyur. Amma uşağın babasının yaxud hansısa qan qohumunun adı Əli olduğundan bu ad secilir. Sonra valideynlər özlərinə təskinlik verirlər ki, Əli həm də müqəddəs şəxsin adıdır. Amma bunun heç bir mənası yoxdur. Cünki valideynlər uşağa ad qoyarkən, o şəxsiyyəti yox, uşağın babasını nəzərdə tutublar. Deməli, uşağın taleyinə babanın təsir dairəsi daha böyük olacaq.

II Üsul: Uşağa dünyadan köçmüş insanın adını qoymağın həm müsbət, həm də mənfi tərəfləri var. Burda həmin şəxsin həyatda necə insan olmasının, yaddaşlarda necə qalmasının, dünyadan köçərkən neçə yaşında və hansı şəraitdə vəfat etməsinin böyük rolu var.

Məsləhət: Əgər sizin rəhmətə getmiş atanız, ananız, qayınananız, qayınatanız həyatda cox çətinliklərlə üzləşiblərsə, mənfi xarakterə malik olublarsa, ağır xəstəlik və ya qəza, faciə nəticəsində vəfat ediblərsə, o zaman körpəyə o insanların adını qoymaqdan cəkinin. Cünki həmin insanların taleyinin sizin körpədə təkrarlanma faizi 100-də 70%-dir. Valideynin xatirəsi əzizdir, amma körpənin həyatı ondan da əzizdir.

III Üsul: Cox vaxt uşaq anadan olmamışdan yaxınlardan kimsə uşağa ad seçir və inad edir. Xətir-hörmətli qohumun sözünü yerə salmaq istəməyən valideynlər əksər hallarda bu seçimlə razılaşırlar.

Məsləhət: Etiraz etməyi bacarın. Əgər ad sizin ürəyinizcə deyilsə, onu uşağa qoymayın. Sonradan bu adla uşağı cağırmaq sizə xoş olmayacaq. Südəmər körpə valideynin məhəbbətini onun səsindən, emosiyasından hiss edir. Əgər siz onun adını cətinliklə, məcburən dilinizə gətirib, bu an hec bir xoş hiss keçirmirsinizsə, hələ üstəlik bu adı seçəni qınayırsızsa, uşaq bunu hiss edəcək. Bəzən belə uşaqlar gələcəkdə özünə inamsız olur, öz adlarından zəhlələri gedir.

IV Üsul: Adın uzun və ya qısa olması, soyada yaraşıb-yaraşmaması da vacib amildir. Uzun və köhnə adlardan uşaqlar daha çox məktəb illərində əziyyət cəkirlər. Məsələn: Ümbülbanu Mehbalıyev, Zittagül Bobbiyeva kimi adlar uşağa problemdən və gülüş hədəfi olmaqdan başqa heç nə vermir.

Məsləhət: Əgər heç bir məcburiyyət yoxdursa, uşaqlara bu adları qoymayın.

VI Üsul: Elə adlar var ki, kobud, elələri var ki, incə, nəvazişli olur. Tərkibində qalın saitlər və kar samitlər çox olan adlar kobud adlardır. Hərfləri incə saitlər və cingiltili olan adlar isə yumşaq adlardır. Elə adlar var ki, insanlar onu deyərkən çətinlik çəkir, tez unudulur. Elə ad da var ki, ətrafdakıları qıcıqlandırır, insan haqqında elə ilk baxışdan mənfi rəy formalaşdırır.

Məsləhət: Seçdiyiniz adı ucadan deyin, onun səslənməsinə fikir verin. Ən azı 10-15 adamın yanında adı deyin və onların reaksiyasını yoxlayın. Xoşladığınız bir neçə ad varsa və seçimdə çətinlik çəkirsinizsə, onda bu işi qismətin və taleyin öhdəsinə buraxın. Necə? Çox sadəcə. Adları kağızlara yazıb, qatlayın. Sonra bir balaca uşaqdan bir kağız seçməyi xahiş edin. Uşaq özü saf olduğu üçün, seçimi də gözəl olur.

VII Üsul: İlin fəsillərinə görə ad seçmək. Deyirlər ki, qışda doğulan uşaqlar daha ciddi, soyuq xarakterli və inadcıl olurlar. Ona görə bu uşaqlara mülayim, incə adlar qoymaq lazımdır ki, uşağın xarakterinə yumşaqlıq versin. Yaz uşaqları hərəkətli, şən və hazırcavab olurlar. Onları daha möhkəm xarakterli və sözəbaxan etmək üçün bir qədər ağır və «kobud» adlar seçmək lazımdır. Yayda doğulanlar isə məqsədli və aktiv uşaqlardır. Onlara yumşaq səslənən, dəbdə olan adlar yaraşar. Payızda doğulan uşaqlar isə sakit və düşüncəli olur, ətrafda baş verənlərə real yanaşırlar. Onlara oynaq, şən və maraqlı adlar seçin.

Diqqət: Əgər valideyninizi çox sevirsinizsə, adını övladınıza qoyun. Yox, əgər münasibətlər soyuqdursa, o zaman uşağı araya qatmayın

QENKA

Şərhlər:

  1. MURAD_X dedi ki:

    maraqli xeberdir… cox sey oyrendim twk

  2. gecenin_sehr dedi ki:

    tewekkurler

  3. QENKA dedi ki:
    Agresiv_qiz,
    aaaaaaa ele niye deyirsen gul kimi adin vardaaaa… boooyyyyyyy………..
    sene de twk…
    twk
  4. Agresiv_qiz dedi ki:

    tesekkkueler maraqli xebere gore,bunu vaxtinda menim mamam ve atam bilmeli idi ((( twk

  5. QENKA dedi ki:
    Reylere gore chox sagolun… Sizin de ellerinize sagliq…
    twk
  6. ...::EMERALD::... dedi ki:

    MELUMATA GORE SAG OL QENKA

  7. Gunes dedi ki:

    maraqliydi cox sag ol

  8. Optimist... dedi ki:

    maraqli melumatdir… twk

  9. Sweet_Love dedi ki:

    Esasi odur Tanri qusursuz uwaq bexw etsin hamimiza!

    O qeder ad var adam hec bilmir hansini secer book

    maraqli ve meslehetli xeber idi ellerine sagliq twk

  10. SURA_WKA dedi ki:

    ALLAH QOYSA MEN USAXLARIMA utan blush HESEN , HUSEYIN,ZULFUQAR YADA MEHDI ADLARINNAN BIRINI QOYACAM .QIZ OLASA ONLARI YAZMAYIM , CUNKI O QEDER AD VAR E.KIMDI YAZAN.
    XEBERE GORE TWK.

  11. emo15 dedi ki:

    abooo yeni seyler oyrendim twk

  12. nurlana77 dedi ki:

    maraqliydi oxudum hamsin thankss