Bir Gəncin İmanı


alt

Mədinə şəhərinin ətrafında bir yeniyetmə dayısı ilə yaşayırdı. Həftədə bir dəfə gənc oğlan Mədinədən çörək alırdı. Bir gün çörək alıb kəndinə qayıdanda, o, çoxlu insan görür və öyrənir ki, onlar İslam Peyğəmbərini (s.a.v.) dinləməyə gəliblər. Bir gün o da Məhəmməd (s.a.v.) adlı bu şəxsə qulaq asmağa gəlir. Gənc İslam Peyğəmbərinə diqqət kəsilir. Bu insana qulaq asmamaq mümkün deyildi! 
Oğlan evdə dayısına deyir:
“Dayı, çörəyi həftədə iki dəfə alaram. Qoy təzəsini yeyək”. Peyğəmbərin sözləri oğlanın fikrindən çıxmırdı. 
Oğlan yenə də dayısına deyir: 
“Dayı, gəl mən çörəyi həftədə 3 dəfə alım”. Dayısı hər şeyi başa düşür! 
Oğlan açıq etiraf edir: 
“Mən İslam Peyğəmbərinə qulaq asmaq şərəfinə nail oldum və bu mənim çox xoşuma gəldi”. 
Dayısı əsəbindən bilmir nə etsin: “Bir də ora getsən, səni atanın qoyduğu mirasdan məhrum edəcəyəm!” 
Oğlan isə deyir: 
“Heç nə istəmirəm! Neynirsən, tez elə, çünki Peyğəmbərin yanına gecikirəm.” 
Dayısı onun əlindən hər şeyi alır, hətta paltarını da. Oğlan tələ Mədinəyə qaçır. Sevimli Peyğəmbərimiz bilirdi ki, oğlan hər şeyini atıb buraya gəlib. Həzrət onu yanına çağıranda oğlan onun üstünə atılıb bərk qucaqlayır. Nəticədə, gənc müsəlman olur və ALLAHa belə dua edir: 
“ALLAHım, elə et ki, son nəfəsimə qədər Peyğəmbərin yanında olum və elə et ki, öz canımı Sənin uğrunda fəda etməyə hazır olum!” Elə həmin dönəmdə müharibə baş verir və oğlan şəhid olub ALLAH ilə qovuşur.

kesha

Şərhlər:

  1. ASKO dedi ki:

    eladi cox saq ol minetdarram supeyy applause twk

  2. MAXIMUM dedi ki:

    Maraglidi

    AristokraT nikimi kim silib ????

  3. Sweet_Love dedi ki:

    Maraqli idi Tewekkurler )))

  4. Gunes dedi ki:

    maraqli hekayedi tesekurler

  5. MURAD_X dedi ki:

    maraqli xeberdir.. twk

  6. SURA_WKA dedi ki:

    PEYGANBERI (S.A.S) GOREN , ESIDEN BIRDE ONNAN AYRILIB GEDER HEEEEEEEEEEC?

  7. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…