Səbir dediyin belə olur


alt

Bu məqalə sevgidə vəfasızlıq görənlərə də ibrət dərsi ola bilər. Yəni, sevgidə xəyanət görmüş insanlar bəzən keşmişini unuda bilmir, gələcəyə də şübhə ilə baxırlar. 
Getməyə özgə yer varmı?
Axira kimi oxuyun….Oxumaga deyer!

Adını bilmədiyimiz böyük bir alim varmış. Həmin alim illər uzunu gənclərə dərs verərmiş, onların haqq yolunu tutmalarına səbəb olardı. Onun yetişdirdiyi tələbələrin bəsirət gözləri açılar və çoxlarının görə bilmədiyi gerçəklikləri belə görə bilərdilər. Onun tələbələrindən bir çoxu bəsirət gözü ilə Lövhi-Məhfuz adlanan Göy üzündəki gizli kitabda insanların aqibətini görməyə başladılar. Tez öz müəllimlərinin aqibəti ilə maraqlanır və görürlər ki, onun adının qarşısında “Şaki” (yəni şəkk edən, hələ inanmamış, doğru –düzgün tapınmamış) yazılıb. Bunu oxuyandan sonra tələbələr iki-iki, üç-üç o müəllimi tərk edib gedirlər. Beləcə bircə tələbədən başqa hamı çəkilib gedir. Həmin tələbə də fikirləşir: “Bir halda ki, bu adamın sayəsində biz bu qədər uca məqama yüksələ bildik, ondan ayrılmayacağam. Kim getsə də, mən onu tərk etməyəcəyəm”………

Bir gün müəllim bu sadiq tələbəsindən soruşur: 
– Övladım, bəs yoldaşların hanı? 
Tələbə dilini sürüyür, bilmir nə cavab versin. Müəlliminə yalan söyləməyi ağlına belə gətirmir, doğrunu söyləməksə ondan da çətindir. Ancaq müəllim israr edəndə o sadiq tələbə məcbur qalıb doğrunu söyləməli olur: 
-Ustadım, sizin sayənizdə bizim bəsirət gözümüz açıldı və göy üzündə Lövhi-Məhfuzu görə bildik. Orada gördük ki, sizin adınızın qabağına “cəhənnəm-əhli” yazılıb. Yoldaşlarım cəhənnəm əhli olan birisinin yanında qalmağı qəbul edə bilmədilər və çıxıb getdilər…….

Bəs sən niyə getmədin? 
– Necə gedim axı, mənim bu səviyyəyə çatmağıma siz səbəb olmusunuz. Sizi tərk edib getməyi vəfasızlıq sayıram. Ona görə də sizi tərk etməyəcəm. 
Tələbəsindən bu sözləri eşidən müəllim belə deyir: 
– Övladım, mən bu halımı 40 ildir ki, görürəm. Amma Uca Haqqın qapısından başqa bir qapı da tanımıram. Onun üçün hər şeyə rəğmən dözüb dururam və bu qapıdan ayrılmıram və ayrılmayacağam da. Çünki getməyə başqa qapı, üz tutmağa başqa ünvan yoxdur. Əgər sənin dostların Uca Haqqın qapısından başqa,bir qapı bilirlərsə, gəlib mənə də söyləsinlər. 
Uctad başını aşağı dikib düşüncəyə dalır və həmin an tələbənin də gözləri qarşısında ustadın adının qarşısında yazılmış “Şəkki” sözü silinir yerində “Səid” yazılır, yəni bir an əvvələ qədər cəhənnəm əhli sayılan ustad cənnət sakininə çevrilir……

SƏBİR DEDİYİN BAX BELƏ OLUR…

İnsan inandığı, səbir etdiyi və təslim olduğu qədər güclüdür, xoşbəxtdir. Bəzən sınaq çox ağır olur, amma bir gerçək də var ki, Allah-Təala hər çiyinə daşıya biləcəyi qədər yük qoyar. Başqa cür düşünmək Allah-Təalanın ədalətinə şübhə etmək anlamına gəlir.

ASKO

Şərhlər:

  1. MURAD_X dedi ki:

    diqqetle oxudum Ellerine saglik cox gozel xeberdir… twk

  2. EMO GRIL dedi ki:

    maraqli idi.

  3. angel_la dedi ki:

    eladi tewekkurler

  4. emo15 dedi ki:

    sebir yaxsidi amma sebir mende yoxdu

  5. KoRoLeVa dedi ki:
    Allah razi olsun,Sagol Islam xeberi ucun
  6. SURA_WKA dedi ki:

    [ALLAH TEALA PEYGANBERINE (s.a.s.)BELE BUYURUB :

    SEADETE CATMAX ISTEYIRSIZSE 4 MERHELEDEN KECMELISINIZ.
    1 – SEBR EDIN
    2 – CAMATI SEBRE DEVET EDIN
    3 – MUBARIZE EDIN (YENI HARAM QABAGINIZA CIXAN KIMI TEZ QACMAYIN, AGLINIZA GELENI DANISMAYIN,HALALLA HARAMIN,GUNAHLA SAVABIN ARASINDA DOYUSUN)
    4 – VE SONDA TEQVADIKI BUNADA RIYAYYET EDEN SEXS SADETE CATAR INSALLAH.

    ASKO ALLAH RAZI OLSUN DOSTIK.

  7. ...::EMERALD::... dedi ki:

    Cox sag ol maraqlidir.Beyenilsin…

  8. Gunes dedi ki:

    tesekurler maraqli xeber ucun.Allah razi olsun

  9. ASKO dedi ki:

    minetdarram ladygril sayta buraxdiqin cun melumati

    coox saq ol sayta buraxdiqin cun buyurun serhlerivizi gozleyecem ladygril qaldiki reklam meselsine sen her weye deyesen dunya gozunde baxirsan ama men dini gozle baxiram twk applause twk

    MURAD_X,
    saq ol ataw

  10. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…