Qəbirdə zaman anlayışı necədir?


alt

Qəbir və axirət aləmində zaman vardır.. Amma bu zaman fərqli ola bilər. Zaman, dünyamızda fəqli bir surətlə gedərkən kosmosda da fərqli bir surətlə getməkdədir. Dünyamızın bir ili Günəşin bir anına bərabər gələ bilir. Və yaxud bizim bir günümuz, bəzi yaradılmışların bir ömrü deməkdir.

Axirət və qəbir aləmlərində də zaman anlayışı fərqlidir. Məsələn, Cənnətin bir anı dünyamızın minlərcə ilinə uyğun gələ bilər. Bundan əlavə qəbir aləmində zaman insandan insana görə dəyişər. Nemət içində olan insanlara min il bir an kimi gələr, azab içində olanlara isə bir an min il kimi gələr.

İnsanların həyatı və keçirdiРЅi zaman vahidləri eyni deyildir. Məsələn, bir neçə dəqiqəlik yuxuda günlər, aylar və illər keçmiş kimi gəlir. Bəzən də yeni yatıb qalxmış kimi bir gəcənin necə keçdiyinin fərqində olmuruq.

Bunun kimi qəbirə çox erkən girən bir insan, Axirətdə yeni dirilmiş kimi ola bilər. Bir digəri isə bir neçə il qəbirdə qalar, ama min illər qalmış kimi əzab çəkə bilər.

Qəbirə erkən və ya gec girmək insana, günahına görə və vəziyyətinə görə dəyişə bilər.

ALLAH orda da yuxuda olduğu kimi bir vəziyyət yarada bilər…

Necəki, ana qarnındakı uşaq dünyayı anlamaz, bu dünyanın qarnında olan bizlər də Cənnəti anlaya bilmərik.

Ancaq Bizə bildirildiyi qədəri ilə bilə bilərik.

QENKA

Şərhlər:

  1. MURAD_X dedi ki:
    twk maraqli melumatdir..
  2. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  3. EMO GRIL dedi ki:

    sagol maraqlidir.

  4. ...::EMERALD::... dedi ki:

    TESEKKURLER

  5. QENKA dedi ki:

    Deymez… Allah sizlerden de razi olsun… twk

    Mene bir shey maraq verir ki, niye dini xeberlere az insanlar baxir bu saytda ve az insanlar rey bildirir?

  6. ASKO dedi ki:

    saq ol ALLAH razi olsun

  7. Gunes dedi ki:

    maraqliydi tesekurler

  8. emo15 dedi ki:

    allah razi olsun angel

  9. nurlana77 dedi ki:

    ALLAH Razi olsun !…