Türkiyədə baş vermiş güclü zəlzələdə 1000-ə yaxın insan ölüb

alt

Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı min nəfərə yaxın ola bilər. Anspress-in “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bunu Bosfor universitetinin Seysmoloji rəsədxanasının rəhbəri Mustafa Erdik deyib. 
Həmçinin zəlzələnin gücü ilə bağlı dəqiqləşmələr aparılıb. Türkiyəli seysmoloqlar Van bölgəsində baş vermiş zəlzələnin 7,2 bal gücündə olduğunu bildirib.
———
17:48

Türkiyədə baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 50 nəfər yaralı var. Zərər çəkənlər Van vilayətinin xəstəxanalarında yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı xəbər yayıb.
Bosfor rəsədxanasının direktoru Ahmet Ercan yerli NTV telekanalının efirində bildirib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:40-da qeyd olunub. Zəlzələnin episentri 5 km dərinlikdə olub.
Dağıntı və xəzarət alanların olduğu bildirilir.
Məlumata əsasən, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hadisə yerinə yola düşüb.
———
17:37

Türkiyənin Van ərazisində bazar günü 6,6 bal gücündə baş verən zəlzələ Naxçıvanda da hiss olunub.
Trend-in məlumatına görə, bu gün Naxçıvanın Türkiyə ilə sərhəd ərazisində zəlzələ hiss olunub. Ciddi dağıntı və təlafat yoxdur.
Türkiyədə zəlzələ bu gün saat yerli vaxtla 13:40 radələrində baş verib.
Vanda zlzələnin gücü Rixter şkalası ilə 6,6 bal olub. Dağıntı və xəzarət alanların olduğu bildirilir.
———
17:09

Türkiyənin Van əyalətində 6.6 bal gücündə olan zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə yerli telekanallar xəbər yayıb.
Bosfor rəsədxanasının direktoru Ahmet Ercan yerli NTV telekanalının efirində bildirib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:40-da qeyd olunub. Zəlzələnin episentri 5 km dərinlikdə olub.
Dağıntı və xəzarət alanların olduğu bildirilir.
Məlumata əsasən, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hadisə yerinə yola düşüb.

TARKAN

Şərhlər:

  1. MURAD_X dedi ki:

    ALLAH KOMEKLERI OLSUN..

  2. AYDAN 15 dedi ki:

    OLENLERE REHMET QALANLARA SEBR ARZU EDIREM

  3. deniz15 dedi ki:

    ALLAH OZU REHM ETSIN AMIN

  4. Pestimist... dedi ki:

    OA MARAQLI

  5. ...::EMERALD::... dedi ki:

    Allah komekleri olsun….

  6. G_E_C_E dedi ki:

    1000 nefer?) happy
    1000 nefer lap ag oldu saat 15-00a kimi 245 nefer olub
    2640 nefer yaralidi

  7. BadBoy dedi ki:

    ALLAH REHMET ELESUN:(

  8. ZoRRo_BaKu dedi ki:

    Ayda Cox Pis Oldum Allah Olenlere Rehimet Qalanlara Sebr Versin=((((

    cry cry cry
  9. Sweet_Love dedi ki:

    pis oldum. Allah rehmet elesin.

  10. ASKO dedi ki:

    cox saq ol qardas lazimi melumatdi ALLAH olenlere rehmet elesin cry twk

  11. TARKAN dedi ki:

    heeee naxcivandada olub

  12. Gunes dedi ki:

    Allah rehmet elesin ve insanlara sebr versin

  13. Imperator dedi ki:

    Deyirlerki Rasiyadada olubee Allah Komeyleri olsun
    Men qalan seherde olmayib

  14. BlAcKsTaRiN dedi ki:
    Allah komey olsun….!!!
  15. emo15 dedi ki:

    oyyyyyyyyy ne pis oldu allash komekleri olsun olenlerede allah rehmet elesin

  16. EMO GRIL dedi ki:

    allah rehmet etsin.