Məni mənə buraxma

alt

İlk dəfə göz gözə gəldiyimiz anı xatırlayırsanmı?Gözlərim səni istədiyini deyirdi gözlərinə bilirdin.Baxışların duyğulu,anlayışlı idi,həsrətli idi zaman zaman.Baxışların bir mahnı oxuyurdu heç bilmədiyim.Səni dinləyirdim,baxışların dinləyiridim.Dağbaşında qarşıma çıxan bir pınar idi gözlərin.Əyilib su içmək isatəyirdim kipriklərinin arasından.İçimdə yandırdığın atəşi söndürmək istəyirdim.Amma o atəş get gedə böyüdü.İndi bir az da sən yan artıq,mənim yanacaq yerim qalmadı.
İnanmıram sən varsanmı?İnanmıram tutduğum əllərinmi?öpdüyüm dodaqlarınmı?kim bilir?bəlkə də bir yuxu görürəm.Bir az sonra oyanacağam,hər şey qəflətən silinəcək.Nə saçların qalacaq ortalıqda nə də ki gözlərin.Yenə məhv edici təkliyimə dönəcəm. Bir az daha yıxılmış bir az daha sənsiz.
O gün ilk dəfə səni gördüm.Düşün,sən dünyaya gələli neçə il keçmiş aradan.Düşün,nə çox darıxmışdım sənin üçün.Elə isə heç getmə nə olar?Verəcəyin hər kədərə razıyam,ağrıların ən böyüyünü sən daddır mənə.Zəhərlərin ən şiddətlisini sənin əlindən içim.Amma getmə nə olar?
Dodaqlarım qurumuşdu,içim yanırdı.Suya həsrət qurumuş bir ot kimiydim.Yağış olub yağdın üstümə.Sonra günəş oldun,həyat verdin mənə,qoxu verdin,rəng verdin.İndi buraxıb gedəcəksən bir daha və son dəfə quruyacağam.Dağılıb toz olacağam anlayırsanmı?Çünki səndən sonra kimsə gəlməyəcək.Heç kim çalmayacaq qapımı.Gedəcəksən məni mənə məhkum edəcəksən.Kaş ki ölsəm deyəcəyəm o zaman kaş ki ölsəm.
İndi səndəyəm,səninləyəm,səni yaşayıram.Məni mənə buraxma.!

jasminka

Şərhlər:

  1. emo15 dedi ki:

    tesekkurler thank you

  2. gecenin_sehr dedi ki:

    maraqliydi tewekkurler

  3. OFELIYA dedi ki:

    Dağbaşında qarşıma зıxan bir pınar idi gцzlərin.Əyilib su iзmək isatəyirdim kipriklərinin arasından.İзimdə yandırdığın atəşi sцndьrmək istəyirdim. angel

  4. jasminka dedi ki:

    HAMIYA TEWEKKURLER SAYTA GELE BILMIREM TEZ TEZ ONA GOREDE SORRY

  5. ASKO dedi ki:

    saq ol emeye gore thank you ellerin derd gormesin

  6. MY SWEET dedi ki:

    qeweydi twkler

  7. jasminka dedi ki:

    LadyGirl,
    bawqasini sevmeyinin neyi qeweng olmagina iwaredir???

  8. YaZ_YaGmuRu dedi ki:

    oxx…lap gozlerim doldu.. smiles

  9. zazum dedi ki:

    ehhhhhhhhhhhhhhhh