Özünə inamın 15 şərti

214;z252;n601; inam305;n 15 351;601;rti

1. Güclü və zəif cəhətlərinizi etiraf edin və buna uyğun olaraq məqsədlərinizi dəqiqiləşdirin.

2. Nəyin sizin üçün qiymətli olduğunu, nəyə inandığınızı, öz həyatınızı necə görmək istədiyinizi qətiləşdirin. İrəliləyiş olanda, bundan yararlanmaq üçün planlarınızı analiz edin və onları bu günün reallığı baxımından qiymətləndirin.

3. Hər bir şeyin kökünə varın. Keçmişinizi təhlil edərək, sizi bu vəziyyətə gətirib çıxaran halları araşdırın. Sizi əzab çəkməyə məcbur edən və ya kömək göstərə biləcəyi halda etməyən adamları anlamağa və bağışlamağa çalışın. Keçmiş səhvlərinizi, yanlışlıqlarınızı və günahlarınızı özünüzə bağışlayın. Faydalı nəsə əldə etdikdən sonra əzablı xatirələrinizi bir dəfəlik yaddaşınızdan silin və bir daha onlara qayıtmayın. Çünki pis keçmiş, siz onu xatırlayana qədər, yaddaşınızda yaşayır. Yaddaşınızı baş vermiş ən kiçik uğurlarla bağlı xatirələr üçün boşaltmanız daha yaxşı olardı.

4. Günahkarlıq və xəcalət hissi sizin uğur qazanmağınıza mane olur. Onlara əhəmiyyət verməyin.

5. Davranışınızın səbəblərini şəxsiyyətinizdə deyil, hazırkı situasiyanın fiziki, sosial, iqtisadi və siyasi aspektlərində axtarın.

6. Unutmayın ki, hər bir hadisəni müxtəlif cür qiymətləndirmək olar. Reallıq hər bir kəsin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylərin müəyyən adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının nəticəsindən başqa bir şey deyil. Belə yanaşma sizə imkan verir ki, insanlara daha səbirlə yanaşasınız və alçaldıcı görünən hallara ürəyiaçıqlıqla tab gətirəsiniz.

7. Heç vaxt özünüz haqqında pis danışmayın. Ələlxüsus özünüzə «səfeh», «eybəcər», «bacarıqsız», «bəxti gətirməyən», «yönsüz» və s. kimi mənfi keyfiyyətləri özünüzə aid etməyin.

8. Sizin hərəkətləriniz konstruktiv tənqidə məruz qalarsa, müxtəlif cür qiymətləndirilə bilər. Rifahınız üçün bundan istifadə edin və başqalarına sizin şəxsiyyətinizi tənqid etməyə imkan verməyin.

9. Unutmayın ki, bəzən məğlubiyyət uğurdur. Bu məğlubiyyət sizi məcbur edəcək ki, göstərdiyiniz səylərə dəyməyən yanlış məqsədlərdən nəticə çıxarasınız. Belə etsəniz, sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olarsınız.

10. Natamamlığınızı hiss etməyə məcbur edən adamlar, məşğuliyyətlər və şəraitlərlə barışmayın. Əgər onları və ya özünüzü dəyişdirə biləcək qədər özünüzə inam hiss etmirsinizsə, onda sadəcə olaraq bütün bunlardan üz çevirin.

11. Özünüzü boşaltmağa, ürəyinizin səsini dinləməyə, təklikdə olanda ruhunuza yaxın olan işlə məşğul olmağa imkan tapın. Belə olsa, özünüzü daha yaxşı anlaya bilərsiniz.

12. Ünsiyyətdə olun. Bir-birinə bənzəməyən, özünəməxsusluğu ilə seçilən adamlarla, bacı və qardaşınızla ünsiyyətdə olarkən enerji mübadiləsindən zövq almağa çalışın. Təsəvvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilərlər və onlara yardım etməyə çalışın. Onlardan nə istədiyinizi və onlara nə verə biləcəyinizi dəqiqləşdirin və bu cür mübadiləyə hazır olduğunuzu onlara anlatmağa çalışın.

13. «Mən»inizi həddən artıq qorumayın, çünki o, siz düşündüyünüzdən də, möhkəm və plastikdir. O, «əyilir», amma «sınmır». «Mən»inizin qısa müddətli, emosional zərbə alması onun fəaliyyətsizlik və izolyasiya halında olmasından daha yaxşıdır.

14. Özünüz üçün bir neçə uzaq və ciddi məqsədlər seçin və onlara nail olmaq üçün daha kiçik məqsədlərdən istifadə edin. Hər bir uğurunuzu diqqət mərkəzində saxlayın, özünüzü ruhlandırmağa və tərifləməyi unutmayın. Qeyri-təvazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagəlməzliklər üstünüzə tökülsün, ot deyilsiniz ki, həyəcanla tapdalanmağınızı gözləyəsiniz. Siz kamillik piramidasının zirvəsisiniz, valideynlərinizin ümidlərinin təcəssümüsünüz, Allahın yaratdığı mükəmməl varlıqsınız. Siz təkrarolunmaz şəxsiyyət, həyatınızın aktiv yaradıcısısınız. Əgər siz özünüzə inamlısınızsa, onda maneə sizin üçün çağırışa çevrilir, çağırış isə sizi fəaliyyətə təhrik edir. Bu zaman utancaqlıq geri çəkiləcək, ona görə ki, «necə yaşamaq lazımdır fikri» ilə narahatlıq keçirmək əvəzinə siz həyatın qaynarlığına baş vuracaqsınız.

)(akker

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    xebere gore tewekkur

  2. BLACK STAR dedi ki:

    cox saol..maraqlidi…

  3. KinG ArthuR dedi ki:

    xebere gore cox sag olun

  4. dreamy dedi ki:

    [color=#993399]TSK+

  5. choSen dedi ki:

    Hami ozune inanmalidi hem de oz yerini bilmelidi,hec hamisini oxumadim,ama oxuduqlarim maraqli oldu

  6. star dedi ki:

    Isi evvela onu diyim ki,sizlercun cox darixmiwam.coox.bu xeberin ise superdi.cunku o wertlerin hamisi menda var.thanx my dear.

  7. VeFaSiz_Giz dedi ki:

    Eziyete gore Cox saqol maraqli xeber idi

  8. Best my life dedi ki:

    menim ucun en esasi basqalarinin mene inamidir

  9. Admin dedi ki:

    Ozune inanmaq ucun hec bir wert lazim deyil Sadece UREK LAZİMDİR!!!!!!!

  10. MILAQROS dedi ki:

    maraqli idi cox sagol Isi

    maraqli idi cox sagol Isi

  11. U_r_e_k_s_i_Z dedi ki:

    Her shey maraqldiri cox sag olun.Amma bazen ele weyler olurki heyatda onu hec kim anlamir.Siz bunu cox istesenizdee

  12. aznetin_gozeli dedi ki:

    psixoloji saytlardan birinde rastlasmisdim bu xeberle.amma maraqli idi…

  13. Angelocka dedi ki:

    Cooxxx sagol dostik ellerin yorulmasin maraqli xeber idi minnetdaram applause applause

  14. meymunka dedi ki:

    Maraqli xebere gore teshekkur!Emeye hormet!

  15. fanya_ya dedi ki:

    Maraqli xabara gora chox saq ol