Bir şeir qədər yazmaq

alt

Bir əsərə başladım, başlanğıcı sonu oldu

Bir yol var idi, keçdim, zaman maşını vurdu məni, sürətlə

Bir ümid tapdı məni, mənə ümid etdi, xəbəri belə olmadı ki, mən ölmüşəm

Bir fahişə qocaldı, gözəlləşdi, nuraniləşdi, öldü – ən böyük savabını etdi

Bir uşaq öldü – böyüdü

Bir uşaq doğuldu – öldü

Bir uşaq var içimdə, məndən qoca, səndən uşaq, bizdən fərqli

Bir ağac kəsildi, bir yarpaq ağladı, bir də mən – ağacın ən sarı yarpağı mən idim, sən demə

Bir küçə qədər darısqal

Bir bina qədər hündür

Bir bulud qədər sulu

Bir qarışqa qədər zəhmətkeş

Bir ana südü qədər saf

Bir sabun qədər təmiz

Bir qız qədər şəhvət

Bir saqqız qədər uzun

Bir ölü qədər soyuq

Bir göz qədər qara

Bir Şopen qədər musiqi

Bir məktəb qədər doğma

Bir əsgər qədər darıxmaq

Bir gün qədər uzanmaq

Bir lətifə qədər gülmək

Bir dava qədər qorxaq

Bir yaddaş qədər zəif

Bir zəif qədər cəsarət

Bir yalan qədər itirmək

Bir maaş qədər gözləmək

Bir gözləmək, iki gözləmək, sonunda bezmək

Bir yağış qədər çətir

Bir soyuq qədər Günəş

Bir ana qədər Vətən

Bir Vətən üçün ölmək

Bir silah qədər qatil

Bir qatilə çevrilmək

Bir üsyan qədər günah

Bir şeir qədər yazmaq

Bir ruh kimi yaşamaq

Bir gəmidə boğulmaq

Bir qız sevmək, gözləmək və sonsuzluğa qədər elə hey, gözləmək…

Əliyev Əli

viGa

Şərhlər:

  1. SURA_WKA dedi ki:

    IIIIIIIIIIIIIIM BU AXI SE'R DEYIL.SERBEST MOVZUDA QAFIEDI.AMMA MENA VAR.

    OZ ARAMIZDI HERDEN MENDEDE BELE PAYEZYA GECELERI OLUR.HERDEN MENDE CIZMA QARA EDIREM. wirin wiyinka
    NEDE OLSA INCESENET ADAMIYIIIIX

  2. Sweet_Love dedi ki:

    maraqlidir……sen mene taniw gelirsen daha doqrusu yazdiqlarin adinda bildiyim amma ?????

  3. Gunes dedi ki:

    elaydi tesekurler

  4. MURAD_X dedi ki:
    SUPERR seirdir.. twk
  5. Admin dedi ki:

    Punishment coox sag ol qaqawi beyendimmm ..

  6. MY SWEET dedi ki:

    cox sagol menalidi ureyim

  7. emo15 dedi ki:

    qeseng qeseng yaaxcidi twk twk twk twk twk twk twk twk twk applause applause applause twk thank_you thank_you superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrdiiiiiii
    iiiiiii scares

  8. ...::EMERALD::... dedi ki:

    ELINE SAGLIK ELI

  9. KoRoLeVa dedi ki:
    cox sagol elaa
  10. ASKO dedi ki:

    xebere gore cox saq ol thank you applause

  11. gecenin_sehr dedi ki:

    menali seire gore tewekkurler