Ən-Nəcm (Ulduz) surəsi

alt

Bismillahir-rəhmanir-rəhim! 
1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, 
2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! 
3. O, kefi istəyəni (havadan) danışmır. 
4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. 
5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. 
6. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü. 
7. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi. 
8. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
9. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. 
10. Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi. 
11. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı). 
12. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz? 
13. And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü;
14. (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. 
15. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. 
16. O zaman Sidrəni nələr bürümüşdü, nələr! 
17. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü). 
18. And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.
19. (Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?! 
20. Digər üçüncü (büt) olan Mənat da həmçinin?! 
21. Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?! 
22. Elə isə bu ədalətsiz bölgüdür! 
23. Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir.

Gelin dostlar özumuze Allahi dost tutaq,cunki en gözel dost odur.

ASKO

Şərhlər:

  1. MY SWEET dedi ki:

    mencede en gozel dost ALLAHdir. cox sagol

  2. AYDAN 15 dedi ki:

    HIM BILMIRDIM TWK

  3. ASKO dedi ki:

    Serh yazan eller var olsun forgenc ehli dinimiz gozeldi gelin dinimizi sevek ve Allahin buyurduqlarini yerine yetirek

  4. Agresiv_qiz dedi ki:

    twk allah razi olsun

  5. Lucky Girl dedi ki:

    Cox gozeldi.bunlari oxuduqca dine olan inam dahada artir.senin yazdiqlarivi sonradan arashdiranda bashqa cox shey oyrenirem.cox sag ol applause

  6. SURA_WKA dedi ki:

    TURKLERİN SOZU OLMASİN :

    ALLAHDAN BASKA HECKİMİ OLMAYAN BEN,ALLAHDAN BASQA HER SEYİ OLANA ACİRİM.

  7. Gunes dedi ki:

    Allah razi olsun

  8. ELIK28 dedi ki:

    ALLAH RAZI OLSUN

  9. ASKO dedi ki:

    YaZ_YaGmuRu,
    MURAD_X,
    cox saq olun emo15 mutleq oxu eladi men oxudum cox lazimlidi ona gore xeberi gonderdim rey yazan eller var olsun twk

  10. MURAD_X dedi ki:
    ..ALAH RAZI OLSUN.. twk Ellerine saglik..
  11. emo15 dedi ki:

    asko vaxtim yoxdu saba oxuyuyaram yhank you

  12. YaZ_YaGmuRu dedi ki:

    axira kimi oxudum,ellerin var olsun, COX SAGOL twk gozel yazidi,Allah razi olsun

  13. ASKO dedi ki:

    cox saq olun dostlar axira kimi oxuyun Qurani Kerimdendi

  14. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…