Hz. Yusif Yaşadığı Dövrün Mehdisidir

alt

Məhəmməd Baqir əleyhissalam buyurdu ki: “BU İŞİN SAHİBİNDƏ (MEHDİDƏ) YUSİFƏ BİR BƏNZƏRLİK VARDIR.” 

(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 189)
(“Bu işin sahibi” yəni, vəlayətin sahibi deməkdir.
Bütün imamlarımız vəlayət sahibidir. Bununla birlikdə adı çəkilən 
hədislərimizdə keçən vəlayətin sahibi yalnız on ikinci imamımız Hz. Mehdi əleyhissalamdır.

“Əbu Basar deyir ki: İmam Məhəmməd Baqir Əleyhissalamın belə buyurduğunu eşitdim: 
“Bu QEYBƏTİN (MEHDİNİN) SAHİBİNDƏ DÖRD PEYĞƏMBƏRİN SÜNNƏSİ VARDIR:.. 
Dedim ki:”HZ. YUSUFUN SÜNNƏSİ NƏDİR?” BUYURDU Kİ: “ZİNDAN VƏ QEYB.”… 

(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 190)

… SONRA HZ. MEHDİ ƏLEYHİSSALAM
HZ. YUSİFƏ BƏNZƏYİBvə onun xalqı gördüyünü , amma
xalqın onu görə bilmədiyini və Hz. Əlinin də buyurduğu
kimi göydən səs eşidilənə qədər onun görsənməyəcəyi qətidir.

(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 167)
Peyğəmbərimizin (səv) hədislərində, Quranın Yusif hekayəsində izah edilən
Hz. Yusifin həyatı ilə Hz. Mehdinin həyatı arasında çox böyük bənzərliklər
olduğu xəbər verilmişdir. Peyğəmbərimizin (səv) verdiyi bu məlumata
uyğun Quran ayələrinə baxanda Hz. Mehdi ilə əlaqədar hədislərdə
çox hadisələrin oxşar olduğu görsənir (Ən doğrusunu Allah bilər).

Hz. Yusif Yaşadığı Dövrün Mehdisidir.

Allah Quranda hər dövrdə insanlar üçün”hidayətə yönəldən bir elçi” 
göndərdiyini bildirmişdir. Bütün peyğəmbərlərin hidayət ilə göndərildiyi, 
hidayətə çatdıran, vəsilə olan kəslər olduğuna görə hər peyğəmbər bir
Mehdidir. “Hz. Yusif də yaşadığı dövrün Mehdisi”dir. Görünür ki,
axır zamanda ortaya çıxacaq olan Hz. Mehdinin həyatı ilə 
Hz. Yusifin həyatı arasında böyük bənzərliklər olacaqdır.
Hz. Yusif Kimi Hz. Mehdiyə də Allah Qatından Xüsusi Elm Və Hikmət Verilmişdir
Quranda Hz. Yusifə Allah Qatından xüsusi elm və hikmət verildiyi bildirilir:
“(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib
üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək…”
(Yusuf Surəsi, 6) 

“…həm də ona yuxu yozmağı öyrətdik…” 
(Yusuf Surəsi, 21) 

“(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) 
çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. 
Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!”
(Yusuf Surəsi, 22)

ASKO

Şərhlər:

  1. PRistupnIK dedi ki:

    Allah razi olsun twk maragli idi

  2. EMO GRIL dedi ki:

    maraqli melumatdi

  3. gecenin_sehr dedi ki:

    ALLAH RAZI OLSUN twk

  4. Angel_a dedi ki:

    ALLAH RAZI OLSUN COOOX SAG OL

  5. MURAD_X dedi ki:

    ELLERINE SAGLIK ALLAH RAZI OLSUN.. twk

  6. emo15 dedi ki:

    allah razi olsun

  7. Lucky Girl dedi ki:

    ASKO,
    gozel yoneldirsen belede davam et.Allah komeyin olsun

  8. Pestimist... dedi ki:

    TESEKKURLER ASKO twk

  9. ASKO dedi ki:

    LadyGirl, sen saq ol dostik melumatlari sayta buraxdiquncun mende elimden geleni ediremki qiyametde soruwsalarki dini nece teblig elemisen gerek cavab verem mende bu yolla islama yoneltmek isteyirem caamati cox saq ol dostik

  10. OFELIYA dedi ki:

    Allah Quranda hər dцvrdə insanlar ьзьn\"hidayətə yцnəldən bir elзi\"
    gцndərdiyini bildirmişdir

    twkler

  11. Gunes dedi ki:

    Allah razi olsun bu gozel xeber ucun

  12. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…