Gizli eşq…

GİZLİ EŞQ
9.SINIF
İndi dərsdəyik. Yanımda dünyanın ən şirin, ən gözəl qızı oturur. Üzünə baxmağa qıya bilmirəm. Onu nə qədər çox sevdiyimi bilmir. O mənim ən yaxın yoldaşımdı. Məni yalnız dost olaraq görür. Səbəbini bilmirəm amma özümdən çox utanıram…

10.SINIF
Evdəydim, mene zeng edib sevdiyi ilə mübahisə etdiyini və mənə ehtiyacı olduğunu söylədi. Sonra bizə gəldi, mənə möhkəm-möhkəm sarılıb ağladı. İndi başını dizimə qoyub uzandı, saçlarını oxşayıb o gül üzünü doya doya seyr etdim. Mən onu o qədər çox sevərkən o məni yalnız dost olaraq görür. Səbəbini bilmirəm amma özümdən çox utanıram…

11.SINIF SON ZƏNG GÜNÜ
Onunla uşaqlıqdan bəri yoldaşıq. 8 -ci sinifdəykən bir-birimizə söz vermişdik ki, son zəng şənliyinə bərabər gedəcək sevdiyimiz olmazsa birlikdə gedərik. Mənə zəng edərək sevgilisinin xəstələnib gələ bilməyəcəyini söylədi və birlikdə gedə bilərik mi deyə soruşdu. Mənsə cox sevinərək qəbul etttim. Onu evlərindən götürdüm və birlikdə şənliyə getdik. Gecənin ən gözəl qızı oydu, dümağ paltarıyla sankı bir mələk idi. Gece boyu birlikdə rəqs etdik. Qollarımdaykən ancaq bir şeyi düşündüm onu çox sevirdim .Gecə sonunda onu evinə ötürdüm. Məni yanağımdan öpüb ən yaxşı yoldaşı olduğumu söylədi. onu həqiqətən çox sevirəm. amma o məni yoldaşı olaraq görür. Ona onu sevdiyimi necə söyləyərəm… Səbəbini bilmirəm amma özümdən çox utanıram…

Aradan illər keçdi..O qəza keçirərək həyatını itirdi, indi o canımdan çox sevdiyim mələyimi torpağa verirəm. Şəxsi əşyalarının arasından qara üzlüklü bir dəftər çıxmışdı, mənə verdilər, oxuyub oxumamaqda qərarsızdım. Açdım, bu bir gündəlik idi və bir səhifəsində belə yazırdı…

”İndi dərsdəyik və yanımda dünyanın ən yaraşıqlı ən gözəl, ən ağıllı bir oğlanı oturur. Üzünə baxmağa doya bilmirəm. Onu nə qədər çox sevdiyimi bilmir. Məni yoldaşı olaraq görür. Sevdiyim olduğu yalanını söyləyərək və davamlı onunla əlaqədar yalanlar uyduraraq yanında ola bilirəm. Onu canımdan çox sevirəm. Mənə bir dəfəcik SƏNİ SEVİRƏM desəydi dünyalar mənim olardı…”

Mən bu sətirləri oxuyarkən mələyimi çoxdan basdırmışdılar. Hıçqırıqlarımı tuta bilmirdim, gözümü məzarından çəkə bilmirdim. Narahat olma MƏLƏYİM, mən də… mən də səni çox sevirəm və həmişədə SEVƏCƏM..!

Firuze

Şərhlər:

  1. choSen dedi ki:

    SUPER,men de 6ay gizli sevgini ne oldugunu bildim,ele pis sheydi kiiiiii,gece yata bilmirsen ki goren inidi o qiz neyneyir?zeng elemek de olmur,lap deli olursan….

    Sevirsinizse bunu vaxtinda deyin,bunu tecrube subut eleyir

  2. Optimist... dedi ki:

    baxmisam videosuna…cox tesirli hekayedi…

  3. Tix_Tix_Xanim dedi ki:

    Tesekkurler

  4. merry-girl dedi ki:

    ela cox sagol!!!

  5. Бакинка dedi ki:

    ehhhhhhh

  6. ...::EMERALD::... dedi ki:
    ALLAH HEC KIME BELE SONLUQ QISMET ELEMESIN
  7. emrah dedi ki:

    xebere gore tsk

  8. Leonel-207 dedi ki:

    Sitat: Sip_Sirin
    Eladi bunun vidiosu var mende lap yaxsidi cox sagol.Allah hec kese bunun sonu kimi heyat qismet etmesin Amin!


    ya_za

  9. BadBoy dedi ki:

    Firuze Cox sag Ol!!!

  10. Sip_Sirin dedi ki:

    Eladi bunun vidiosu var mende lap yaxsidi cox sagol.Allah hec kese bunun sonu kimi heyat qismet etmesin Amin!

  11. NIKA dedi ki:

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

    ela cox sagol!!!

  12. nurlana77 dedi ki:

    cox xosuma geldi