Spirtli içkilərin orqanizm üçün faydası

alt

Tədqiqatçılar qırmızı şərabın ürək tutmalarından, xərçəngdən və qaraciyər sirrozundan müdafiə edən məhsul kimi üstünlüklərindən uzun müddət bəhs ediblər. Lakin ekspertlər bunun uydurma olduğunu və içkinin heç bir fayda vermədiyini təsdiqləyirlər. Trend-in məlumatına görə, bu barədə “The Sydney Morning Herald” qəzeti yazır.

Avstraliyanın Alkoqol Siyasəti Koalisiyasından olan mütəxəssislər əmindirlər ki, istənilən spirtli içki istisnasız olaraq orqanizmə ziyan vurur. Həm də bu, şərabdan hətta ən az miqdarda istifadə edənlərə də aiddir.

Koalisiyanın üzvləri olan Narlotik Məsələləri üzrə Avstraliya Fondu, Ürək Xəstəlikləri Fondu və Viktoriya ştatının Xərçəng Şurası BMT-nin dünyada qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması siyasətinə yenidən baxılmasını nəzərdə tutan rəsmi hesabat dərc ediblər.

Hesabatda deyilir ki, alkoqol xərçəng, diabet və ürək xəstəliklərinin çoxalmasına əhəmiyyətli şəkildə təsir edir. Koalisiya bu hesabatı çap etdirməklə hökumətin alkoqollu məhsullara vergi qoyulması ilə bağlı siyasətinə təsir göstərəcəyinə də ümid edir.

Viktoriya ştatının Ürək Xəstəlikləri Fondunun prezidenti Keti Bellin sözlərinə görə, bütün elmi məlumatların araşdırılmasından sonra onlar belə nəticəyə gəliblər ki, spirtli içkilərin ürək-damar sisteminə müsbət təsiri kəskin şəkildə şişirdilib. O bildirib ki, qırmızı şərab heç bir super-müdafiə xassəsinə malik deyil.

Angel_a

Şərhlər:

  1. polo dedi ki:

    mence hem ziyan hemde gunahdir .. ona gore icmek olmaz !!!!

  2. gecenin_sehr dedi ki:

    ziyanin esitmisdim xeyrin yox melumata gore twk

  3. YaZ_YaGmuRu dedi ki:

    punish olmazzz)

  4. emo15 dedi ki:

    BOY twk ZIYANINI ESITMISDIM XEYRINI YOX twk twk THANK YOU

  5. ZoRRo_BaKu dedi ki:

    sagol xeber ucun

  6. Gunes dedi ki:

    xeyride olsa ondan istifade etemek lazim deyil

  7. ASKO dedi ki:

    xebere gore cox saq ol ama inanki ALLAHA sipirtli ickinin zerre qeder xeyri yoxdu

  8. МиниК_Сердце dedi ki:
    DaviDoFF,
    alkash sheysende))))))) utanmaz utanmaz hele danishirsan)))

    not not

  9. DaviDoFF dedi ki:

    Vinonun xeyrini bilirem =) qiznan oglan bir yerde olanda =) amma heyif men vino ice bilmiremde =) menimki viski tekila anasi olmuw araq =) birde pivedi =) xeyri oduki menimcun beynim bowalir =)

  10. MURAD_X dedi ki:

    twk maraqli melumatdir..

  11. SURA_WKA dedi ki:

    EK OLSUN HARAMIN XEYRI.
    ALLAHIN HARAM BUYURDUGU SEYDEN MENCE HEEECVAXT XEYIR GELMEEEEEEEEEEEEEEEZ
    gd

  12. EMO GRIL dedi ki:

    HAMI DEYIR KI FAYDASINDAN COX ZIYANI VAR