Yenə SƏN…

Yenə “SƏN”i xatırladım bu gecə. Hardan bilə bilərdim ki nə vaxtsa bir gün “SƏN” heç olmamış kimi olacaqsan mənə. Nə bilə bilərdim ki mən səni düşündüyümün əksi olan biri kimi xatırlıyacağam. Heç vaxt belə xatırlayacağımı təsəvvür belə etmədim. Amma buna SƏN özün özünü layiq gördün. Mən sadəcə kənardan bütün bu olanlara şahid oldum. Bir insanı çox sevdiyini düşünərkən onu bu cür xatırlamaq nə demək olduğunu heç təsəvvür etdinmi? Etməzsən bilirəm, çünki sən məni “MƏN” olaraq sevmədinki. Hər zaman hər şey sənə adi gəldi. Heç bir şeyi ciddiyə almadınki. İndi isə səndən nəyisə təsəvvür etməyini istəməyim yersizdi. Amma nədənsə səni xatırladığımda heç də pis olmadım. Biraz özümə hirsləndim “mənə nə olub səni, yoxluğunu bilə-bilə düşündüyümdə heç kədərlənmədim” deyə. Elə bil mən o mən deyildim sənə “sənsiz yaşamaq mənə yaşamaq deyil” deyən. Sənlə dalaşdığımızda belə gecələr gözünə yuxu getməyən, gecələrin sakit, səssiz qaranlığında ağlayan, Sən olmasan belə başkasını sevə bilməyəcəyimi düşünən mən deyildimmi?
Hmmm…Belə…Artıq “SƏN”i düşündüyümdə heçdə kədərlənmirəm. Məni yandıra bilmirsən artıq. Ağlada bilmirsən. “Sənin sevgin yalan imiş” deyə bilərsən. Amma bunu heç vaxt deyə bilməzsən əzizim. çünki mən səni bütün varlığımla, heç bir qarşılıq, heç bir təmənna gözləmədən, bütün həyatımı , illərimi sənə həsr edəcək qədər sevdim. Amma sən sevgimin gücündən, odundan, alovundan qorxdun. Məni tək qoyub getdiyində belə sənə “getmə” demədim. İçimdə də olsa getmə demədim arxanca. Məni MƏN yandırdım SƏN deyil. Heç də peşman deyiləm. Adam kimi sevdim, adam kimi də acımı daşımağa hazıram. Bəlkə də nə vaxtsa bunları oxusan özündən asılı olmasa da ağlayacaqsan bilirəm. Amma artıq mən ağlamıram. İndi növbə səndədi. Mən öz növbəmi çoxdan keçdim. ürəyimdən birdəfəlik sildim səni. Təzədən sevəcəm, təzədən aşiq olacam. Ağlasam da yeni eşqlərim üçün ağlayacam…

Yenə SƏN...

Günah səndə deyil, günah məndədir,
çılpaq qayalardan çiçək ummuşam.
Günah səndə deyil, günah məndədir,
O saxta sinədən ürək ummuşam.

Yenə SƏN...

Gecələr yuxuna girəcəyəm mən,
Yalançı yuxuda sevinəcəksən.
Yuxudan ayılıb,düşünüb təzədən,
Kim bilir nə qədər ah çəkəcəksən.

hearts

Şərhlər:

  1. YaZ_YaGmuRu dedi ki:

    Gecələr yuxuna girəcəyəm mən,
    Yalançı yuxuda sevinəcəksən.
    Yuxudan ayılıb,düşünüb təzədən,
    Kim bilir nə qədər ah çəkəcəksən.

    super təşəkkurlər

  2. Angel_a dedi ki:

    qewey… cox sag olun

  3. SURA_WKA dedi ki:
    ONSUZDA SEVGI EZAB VERIR,QORXMURE.SEVGIDEN ONSUZDA OLMUR HECKES.((((((((((((((((((((( sorry sorry
  4. hearts dedi ki:

    beyendiyinize sevindim.tewekkurler.

  5. gecenin_sehr dedi ki:

    Gecələr yuxuna girəcəyəm mən,
    Yalançı yuxuda sevinəcəksən.
    Yuxudan ayılıb,düşünüb təzədən,
    Kim bilir nə qədər ah çəkəcəksən.

  6. AYDAN 15 dedi ki:

    ela xeber idi neww

  7. ASKO dedi ki:

    Gecələr yuxuna girəcəyəm mən,
    Yalançı yuxuda sevinəcəksən.
    Yuxudan ayılıb,düşünüb təzədən,
    Kim bilir nə qədər ah çəkəcəksən.
    eh dunya dunya xebere gore thank you

  8. MURAD_X dedi ki:

    music SUPERR cox gozel yazidir.. twk

  9. Only Girl dedi ki:

    Emeye hormet tewekkrler axirinci seirler babat idi sac ej

  10. Lucky Girl dedi ki:

    superdi.esas da sonda seirler…ehhhhhhhh……yene o cry