Azərbaycanda hava kəskin dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova cümə axşamı bildirib ki, temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti noyabrın 13-dək davam edəcək. Həmin müddətdə havanın arabir yağıntılı olacağı, bəzi ərazilərə sulu qar, dağlıq və dağətəyi rayonlara qar yağacağı gözlənilir. Şimal-qərb küləyi noyabrın 12-də güclənəcək.

Noyabrın 11-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti olacaq. Noyabrın 12-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin noyabrın 11-i axşam şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək. Noyabrın 12-də bəzi ərazilərdə hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Noyabrın 13-də yağıntılar gündüz tədricən kəsiləcək. Mərkəzi Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

QISMET_1995

Şərhlər:

  1. YaZ_YaGmuRu dedi ki:

    LadyGirl,

    xexe,romantikdi də yağışlı hava,ta nə istiyirsən))

  2. EMO GRIL dedi ki:

    XOSUM GELIR SOYUQ HAVADAN applause

  3. Sweet_Love dedi ki:

    Xowum gelmir soyuq havalardan yagiw planlarimi da alt ust etdi ehh agla
    Tewekkurler yene de Allah bilen meslehetdi.

  4. ASKO dedi ki:

    tewekurler emeye gore ama men buna inanmiram ola bilrki duz cixsin ama hava proqnozu geleceyi demekdi yeni gelecekde ne baw verecek buda gunahdi ende inanmiram

  5. MURAD_X dedi ki:

    görəkdə necə olacaq.. twk

  6. gecenin_sehr dedi ki:

    xebere gore tewekkurler

  7. deniz15 dedi ki:

    cox xosum gelir bele havadan

  8. Mix-Girl dedi ki:

    Tesekkurler.maraqli xebrcun

  9. AVARA GIRIL dedi ki:

    BOOYYY DA DENEN DONAJIYIX DANAAA. MEN BILDIYIME GORE NERIMANOV R/U-DA 2-3 GUN QAZ OLMAYACAQ. UJE 4ARESIZLIKDEN YORGANA BURUNUB OTURMUWAM girl_impossible pencere

  10. QISMET_1995 dedi ki:

    TEWEKKURKLER

  11. Pî§KøpÂT dedi ki:

    COX SAGOL