Müsəlmanın danışıq üslubu.

Sözün ən gözəlini söyləmək
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən, vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır.
Bu mövzunu belə bir misalla izah edə bilərik: insan başqa bir şəxsin gözəl davranışını görməməzlikdən gələrək bu barədə heç nə deməyə bilər, laqeyd şəkildə gördüyü işin isə gözəl davranış olduğunu, ya da əksinə, nə qədər gözəl əxlaq göstərdiyini və nümunəvi davrandığını bütün səmimiyyətilə qarşı tərəfə açıqlaya bilər. Bu davranış ilk baxışda elə də fərqlənməyə bilər. Amma Allah qatında insana nə qazandıracağını düşünsək, nə qədər fərqli olduğunu görərik. Müsəlmanın danışıq üslubu qətiyyən qürur, həsəd və qısqanclıq hisslərinə əsaslanmamalıdır. Təkəbbür Quran əxlaqından uzaq yaşayan insanların davranış tərzidir. Möminlər nəfslərinin onlara verdiyi vəsvəsələri görər və Allahın ən çox bəyənəcəyi üslubda danışarlar.
Müsəlmanlar sözə başlamadan əvvəl mütləq sözlərini vicdani baxımdan dəyərləndirər, hər zaman ən gözəl sözləri deməyə çalışarlar. Qarşı tərəfi narahat edəcək, vəsvəsə və ya sıxıntı verəcək bir söz belə istifadə etməməyə çalışarlar. Əksinə, həmsöhbətlərinə rahatlıq verən, onları şövqləndirən, əhval-ruhiyyələrini qaldıran sözlərdən istifadə edərlər. Qarşılarındakı insanın imanını artırmaq, onları Allaha daha da yaxınlaşdırmaq məqsədilə danışarlar

hearts

Şərhlər:

  1. ASKO dedi ki:

    gozeld xeberdi insan gerek az danisin cox daniwmaq cehenneme aparar

  2. BadBoy dedi ki:

    Xmmmmmm Maraqliydu..!!! Spasibki

  3. gecenin_sehr dedi ki:

    Allah Razi Olsun

  4. Gunes dedi ki:

    Allah razi olsun

  5. .::Miss Sladka::. dedi ki:

    twkkk cox gozel idi

  6. Sweet_Love dedi ki:

    Allah razi olsun…

  7. Pestimist... dedi ki:

    emeye gore minnetdaram))) nyam

  8. MURAD_X dedi ki:

    twk maraqli xeberdir..

  9. EMO GRIL dedi ki:

    YWK XEBERE GORE.

  10. mR_bAkiNec dedi ki:

    Cox sagol xebere gore maraqlidir ALLAH razi olsun

  11. BAYACAM dedi ki:

    COX SAQOL XEBERE GORE..ALLAH RAZI OLSUN SENDEN…AMIN.

  12. Pî§KøpÂT dedi ki:

    SAGOL ALLAH MUHƏMMƏD YA ƏLİ

  13. YaZ_YaGmuRu dedi ki:

    saol ellerine sagliq

  14. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…