Rəngli daş-qaşların məna çalarları

Yeddi göy qurşağının füsünkar ahəngindən yaranmış rənglər çalarlıq baxımından biri digərindən fərqlənir. Göz oxşayan ahəngdarlıq çeşidli olmasına baxmayaraq əsasını ağ və qara rəngdən götürür. Elə isə istifadə etdiyimiz və üzərimizdə sevərək daşıdığımız zinət əşyalarımızı bəzəyən daş-qaşların rənglərinə görə mənalarını Evlenirik.Biz oxucularına təqdim edirik.

Qırmızı – bütün rənglərin ən hərarətlisidir. Qirmızı ehtiraslı sevgini simvolizə edir. Qırmızı Mars rəngidir. Enerji verən, sevgini alovlandıran, dinamiklik gətirən coşğun ehtirası nümayiş etdirir.

Qara – ölüm, torpaq, sabitlik kimi simvolizə edilir. Qara, bəzi mədəniyyətlər ölüm rəmzidir.

çəhrayı – daimi sevgini simvolizə edir. Ağ və qırmızı rənglərin qarışığından yaranan bu rəng aqresiv sarsıntının aradan götürüməsində yardımçı olur.

Qəhvəyi – rəng yer kürəsinin rəngi kimi simvolizə edilir. Sarı, qırmızı, mavi və digər rənglərin qarışığından alınmışdır. Qırmızı qəhvəyi rəngə praktiki enerji verirsə, beləki sarı və mavi rəng zehni enerjini təmin edir. Rəng ümumiyyətlə insana möhkəmlik, güvənlik və stabilik hissi bağışlayır.

Boz – kədər, təhlükəsizlik, kamillik, kimi simvolizə olunur. Düşüncə və real aləmdən uzaqlaşma kimi vurğulanır.

Narıncı – enerji rəngidir. Sağlamlıq verən rənglərdən biridir. Rəng ruh yüksəkliyi gətirir. Mənfi enerjilərdən uzaq olmaq üçün istifadəsi yaralı hesab olunu.

Qızılı – sərvət, firəvanlıq, yaxşı səhət kimi simvolizə edilir. Günəş şüalarının parıltısını ifadə edən rəng sarsıntının qarşısını alan və mənfi ünsürləri qovan efektivliyini verir. Sarı – müdriklik, sevinc, xoşbəxtlik, intellektual enerji kimi simvolizə edilir. Əminlik və özünə güvən hissi yaratmaqla, müsbət keyfiyyətləri nümayiş etdirir.

Yaşıl – yaxşı həyat, təbiət, məhsuldarlıq kimi simvolizə edilir. Beyin rahatlığı, ürək sıxıntısının qarşısının alınmasında mühüm rola malikdir.

Mavi – gənclər, mənəviyyat, həqiqət, sülh kimi simvolizə edilir. Əsəb sakitliyi, darixdırıcı vəziyyətdən qurtuluş kimi ifadə olunur.

Bənövşəyi – hakimlik, sehir, sirr kimi simvolizə edilir. Rəng özündə digər rənglərlə ahənglik yaratmaqla ətrafına müsbət emossiyanı cəlb edir.

Göy – intuisiya, dərin analiz kimi simvolizə olunur. Dərin düşüncə və xəyal aləminə səyyahət kimi vurğulanır.

Ağ – saflıq, təmizlik, loyalıq, mehribanlıq, xeyirxahlıq kimi simvolizə edilir. Açıqlıq, fikir aydınlığı kimi təqdim olunur.

polo

Şərhlər:

  1. gecenin_sehr dedi ki:

    melumata gore tewekkurler

  2. Pî§KøpÂT dedi ki:

    TEWEKKURLER

  3. QISMET_1995 dedi ki:

    gd wawi gitara
    MARAQLIDI

  4. polo dedi ki:

    rey yazdiginiz ucun cox sag olun

  5. mR_bAkiNec dedi ki:

    Qara|))Sagol xebere gore

  6. YaZ_YaGmuRu dedi ki:

    tewekkurler maraqli idi twk

  7. yAgmurlar dedi ki:

    her rengin oz gozelliyi var
    xebere gore tewekkur twk

  8. MURAD_X dedi ki:
    he cox gozel.. twk
  9. Gunes dedi ki:

    tesekurler melumat ucun

  10. SURA_WKA dedi ki:

    MEN FITUZEYI RENGI SEVIREM.ODASINDA MENASI YOXDU YENEDE XEBERE GORE TWK

  11. ASKO dedi ki:

    goy rengi sevirem qaranida qirmizinida xebere gore tahbnk you

  12. EMO GRIL dedi ki:

    ne qesengdi hem de maraqli