Niyə kədərlənmisən?

Niyə kədərlisən?
Hz. Adəm (a.s.) kimi 200 il tövbəmi etdin?

Niyə kədərlisən?
Hz. İbrahim kimi atəşəmi atıldın?

Niyə kədərlisən?
Hz. Zəkəriyyə (a.s) kimi mişarlamı kəsildin?

Niyə kədərlisən?
Hz. Yusuf (a.s) kimi quyuyamı atıldın?

Niyə kədərlisən?
Hz. Məhəmməd (s.ə.v.) kimi Taifdə daşlandınmı?
Namaz qılarkən başına içalat (bağırsaqmı) qoyuldu?
Dişinmi sındırıldı, üzünə tüpürcəkmi atıldı?
Hicrətəmi məcbur edildin, sevdiklərindənmi ayrıldın?

Niyə kədərlisən?
Hz. Həmzə (r.ə) kimi burnun, qulağınmı kəsildi?

Niyə kədərlisən?
Musab bin Umeyr kimi qollarınmı kəsildi?

Niyə kədərlisən?
Cəfər ibn Əbu Talib kimi ox, mizraq və qılınc zərbələriyləmi yaralandın?

Niyə kədərlisən?
Ammar, Sümeyyə, Yasir kimi işgəncəmi gördün?

Niyə kədərlisən?
Bilal kimi qızğın qumlara yatırdılıb, üzərinə daşlarmı düzüldü?

Niyə kədərlisən?
Yunus peyğəmbər kimi dənizəmi atıldın?

Niyə kədərlisən?
Eyyub peyğəmbər kimi bədənini yaralarmı örtdü?

Niyə kədərlisən?
Hz. İsa kimi çarmıxa çəkməkmi istədilər səni?

Niyə kədərlisən?
Yoxsa İbn Teymiyyə kimi “lə iləhə illəllah” dediyinə görə ömrün zindanda keçdi?

Niyə kədərlisən?
Yoxsa İmam Nəsai kimi haqqı dediyinə görə döyülərək öldürüldün?

Yenə də əhvalın pisdirmi?
Nə düşünürsən, dünyalıq işlərinimi? Artıq özünə gəl!…

Kədərlənəcəksənsə
Namazını qəzaya saxladığın üçün, birinin ürəyini qırdığın üçün,
Bazar ertəsi, cümə axşamı orucunu tuta bilmədiyin üçün kədərlən..!!

Kədərlənəcəksənsə
Bu gün ALLAH üçün bir şey edə bilmədiyin üçün, ALLAH və
Elçisi (s.ə.v)-ini məmnun edə bilmədiyin üçün kədərlən!…

Kədərlənəcəksənsə
Fələstində, çeçenistan, İraqda və dünyanın dörd bir tərəfində
zülm görən, işgəncə edilən, öldürülən din qardaşların üçün kədərlən!…

Kədərlənəcəksənsə
Bir kasıba kömək edə bilmədiyin üçün, yetimin
əlindən tuta bilmədiyin üçün kədərlən!…

Kədərlənəcəksənsə
Afrikada və digər ölkələrdə bir loxma çörək tapa bilməyən,
xəstəliklərlə mübarizə edən insanlar üçün kədərlən!…

Kədərlənəcəksənsə
Quranı kifayət qədər oxuyub, həyatında
tətbiq edə bilmədiyin üçün kədərlən!…

Kədərlənəcəksənsə
Peyğəmbər əfəndimizi, canından, malından, dostlarından,
yaxınlarından hər şeydən çox sevə bilmədiyin üçün kədərlən!…

Kədərlənəcəksənsə
ALLAHa, səni Yaradana həqiqi mənada qul,
Peyğəmbərimizə ümmət ola bilmədiyin üçün kədərlən!…

Kədərlənəcəksənsə
Etdiyin günahların cəzasını alacağını düşünüb kədərlən…

ASKO

Şərhlər:

  1. YaZ_YaGmuRu dedi ki:

    deyerli yazidi tewekkur eliyirem dostum ellerine sagliq…..

  2. Pî§KøpÂT dedi ki:

    onu kainatin axirinda bileceyik ki ne qeder gunahimiz var

  3. BadBoy dedi ki:

    CoooooooooX saq ol yeri var

  4. Pî§KøpÂT dedi ki:

    ELLERINE SAGLIQ

  5. Pî§KøpÂT dedi ki:

    COX SAQOL

  6. Pokemon dedi ki:

    Gozel idi bunuda oxumuwam maraqliydi gul twkr

  7. ASKO dedi ki:

    rey yazan eller var olsun hemiwe elimden gelen ediremki yaxsi melumatlar sayta gonderim goruremki alinir ALLAHIM Sene wukur

  8. Lucky Girl dedi ki:

    super…bundan bashqa soz tapa bilmedim.hemishe oldugu kimi ela…

  9. MURAD_X dedi ki:
    ALLAH RAZI OLSUNtwk COX gozel yazidir..
  10. yAgmurlar dedi ki:

    ela yazidi Allah razi olsun give_rose

  11. BAYACAM dedi ki:

    ÇOX SAQOL ÇOX GÖZƏL YAZIDI…ƏLLƏRİNƏ SAQLIQ.. twk

  12. Sweet_Love dedi ki:

    Cox gozel yazi idi heqiqeten de ellerine sagliq cox saqol…

  13. Mix-Girl dedi ki:

    Cox gozel xeberdi ALLAH RAZI OLSUN!!!!!!!!!!!!!

  14. mR_bAkiNec dedi ki:

    KƏDƏRLƏNMƏ…ALLAH RAZİ OLSUN SAĞOL XƏBƏRƏ GÖRƏ wawi

  15. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…