Sevimli bijuteriyalarımızı qorumağın yolları

Günümüzün bəlkə də ən çox üzləşilən əşyaları sırasına nəzər salsaq, bijuteriyalar heç şübhəsiz nəzərimizdən qaçmayacaq. Həm qiyməti sərfəli olduğundan, həm də xanımları qəlbini oxşayacaq fantaziyaları özündə əks etdirdiyindən bijuteriyalar digər bəzək əşyalarına nisbətən üstünlük qazanmışdır. Xanımların boyun-boğazını, zərif biləklərini naxış təki bəzəyən bu əşyalar hazırda nömrə birdir. Bunun səbəblərini, hansı növlərinin daha çox satıldığını, onları qorumağı öyrənmək üçün bir araşdırma apardıq. İlk öncə şəhərdəki bijuteriya mağazalarından birinə yollandıq. Mağazanın satıcısı Şahrun satışların yaxşı olduğunu, xüsusilə də yay fəslinin bu anlamda seçildiyini vurğuladı: “Gördüyünüz kimi, mağazamızda xanımlar üçün hər cür aksesuar və bijuteriya mövcuddur. Hazırda da yay fəsli olduğu üçün xanımlar daha çox rəngarəng mallara üstünlük verirlər. Lakin onu da qeyd edim ki, satışda bu il əsasən zərif bijuteriyalar çoxluq təşkil edir. Müştərilərimiz incə işləməli aksesuarları alırlar”. Şahrun xanımların xüsusilə sırğa və qolbağa maraq göstərdiklərini söylədi. Başqa bir mağazanın satıcısı Sevil isə xanımların rəngi getməyən bəzək əşyalarına üstünlük verdiklərini söylədi. Onun sözlərinə görə, əsasən də gümüşü rəngli bijuteriyalara üstünlük verdiklərini dedi. Vitrində bir-birindən gözəl görsənən dəstlərin isə qiymətlərinin 25 manatdan başlayaraq, 50-60 manata qədər davam etdiyini söylədi. İndi isə, əziz xanımlar, sevimli əşyamız sayılan bijuteriyaların ömrünü uzatmaq üçün sizlərə bəzi məlumatlar verəcəyik. çünki bijuteriyalara nizamlı baxım etməsəniz, işıltılarını itirərlər.
Müəyyən bir zaman sonra matlaşan bijuteriyalar cızılar.
Matlaşan, ləkələnən bijuteriyaları isti su içinə bir miqdar yuyucu əlavə edərək köhnə bir diş fırçasıyla təmizləyin. Daha sonra hazırladığınız isti suya çox az amonyak əlavə etsəniz, bijuteriyalardakı çirk və ləkələri daha asan təmizləyə bilərsiniz. Təmizlədiyiniz bijuteriyanı daha sonra su altında tutaraq durulayın. Bu təmizlik vəsaitlərinin xaricində parladıcı kimyəvilər istifadə etməyin. Almaz daşlı bijuteriyaları su və ya hər hansı bir mayeylə təmizləməyin. Bu almaz işçiliyində istifadə edilən boyanın pozulmasına səbəb olar, daşı pozar. Ağ qızıl kimi bijuteriyaları təxminən 2 ildə bir dəfə zərgərinizə gedərək rodaj etdirsəniz, ilk günkü parlaqlığını geri qazanarsınız.
Müasir texnologiyanın verdiyi üstünlüklər nəticəsində evdə təmizlədikdən sonra aradan qaldırılmayan ləkə və cızıqlar üçün aldığınız firmaya, ya da zərgərə gedərək ultrasonik yuma maşınlarında təmizlədə bilər ya da polisaj maşınlarıyla cila etdirə bilərsiniz. Polisaj əməliyyatının ləl-cəvahiratınızın qramajını az da olsa, azaldan bir növ sumbatalama olduğunu unutmayın. Əziz xanımlar, çalışın ki, bijuteriyaları ev işləri əsnasında çıxarın. İstifadə etmədiyiniz zamanlarda qutusunda sərt cisimlərlə sürtməyin. Tər dezodorantdan uzaq tutun. Bijuteriyalarınızı ətir sıxdıqdan sonra taxın. Balaca bijüteriya və əşyanızı təmizləyərkən rezin əlcək istifadə etməyin. Rezin əlcək gümüş əşyada iz buraxar və qaralmalarına səbəb olar.
Əziz xanımlar, əsası odur ki, qarderobumuzu dəb xatirinə yaraşdı-yaraşmadı əşyalarla doldurmayaq. Onsuz da biz hər cür gözəlik. Bəzək əşyaları isə bu gözəlliyimizə bir incəlik, rəngarənglik qatır.

gecenin_sehr

Şərhlər:

  1. EMO GRIL dedi ki:

    QESENGDIRLER ANCAQ MEN BELE SYLER TAXMIRAM

  2. QISMET_1995 dedi ki:

    TEWEKKRLUER

  3. BlAcKsTaRiN dedi ki:
    Qewenggggggg…….
  4. Sweet_Love dedi ki:

    qeweydiler tewekkur….

  5. hearts dedi ki:

    superrrrrr… twk

  6. xaver dedi ki:

    turkce yazim.cok beyendim iclerinden en sevdiklerim oldu tabi ki

  7. ZakonLubvi dedi ki:

    cin oyy bayilirim bunlaraaaaaaaaaa

  8. Pestimist... dedi ki:

    QIZLARIN ADINDAN TESEKKURLER… sarcasti

  9. KIVANC dedi ki:

    Sevgilidə yoxdu ki, birin alıb padarit eliyəsən….))))Xəbərə görə thanksss

  10. _Aynur_ dedi ki:

    Xowuma gelenleri oldu tewekkur…

  11. YEDiNKA dedi ki:

    Super Super Super xeyal

  12. deniz15 dedi ki:

    AY DAAAAAAAAAA COX QESENGDILER

  13. mR_bAkiNec dedi ki:

    Thanks very eladir

  14. ASKO dedi ki:

    bu qizlara aiddir buyurun qizlar ama sekillere baxdim qewengdi xebere gore thank you

  15. SURA_WKA dedi ki:

    3CU VE AXIRINCI WEKILIN YERI VAR.

    HE BIDE UWAXLAR SIZDEDE XEBERLER GEC ACILIR YOXSA BIR MENDE BELEDI?

  16. CooL_Man dedi ki:

    qizlarcun olsa da teshekkurler
    emeye hormet