Yalınzlıq

Yalnızlığın bu növünü heç yaşamadım mən.O isə bu yalnızlığın dərmanının,sən,olduğunu bilirəm.Əlimi uzatsam tutacağını,qayğılarla dolu saatların bir anda yox olacağını bilirəm.Fikirləşdiyin qədər güclü deyilmişəm demək ki!…
Danışmaq istəyirəm…“Səni heç sevməmişdim,sənə dəyər vermemişdim” demək istəyirəm…

YaLNıZLıK...

Amma çıxmır bu sözlər ağzımdan.Tıxanıb qalır boğazımda.Necə deyə bilərəm ki,bunu? Səni,fikirləşməyin belə mənə həyəcan verdiyini necə inkar edə bilərəm?…”Sən həyatımda dəyişik bir rəng idin.Dəyişiklik axtarırdım,sən,mənə yaxınlaşdıqda uzaq qala bilmədim” demək istəyirəm.O isə rənglərin gözəlliyini səninlə kəşf etdim,mən.Hər rəngə sənin adını verdim.Həyatımda bir dəyişiklik oldusa,bu səninlə gəldi.Səndən uzaq qalmağı heç fikirləşmədim ki! Sənə yaxın olmanın verdiyi həzzi başqa hansı duyğu daddıra bilərdi,mənə?…

“Diqqət çəkici idin,gözəl idin.Bu tərəfinlə diqqətimi cəlb etdin mənim”.Sən yox idin – sözlərin vardı,özün yox idin ruhun vardı,həyata baxışın vardı.Və mən sənin olmadığın zamanlarda bax bunlarla yaşadım.İndi “məni sadəcə cazibədarlığın diqqətimi çəkdi desəm” özümü inkar etmiş sayılmaram?…

YaLNıZLıK...

“Kilometrləri sənin üçün qət etmədim.Sadəcə elə zənn etməyini isdədim.Bir oyun idi bu” demək istəyirəm.Amma özümü aldadıram…çünki mən o yolları içimdəki o tərif edilməz həyəcanla aşdım. Səni gördüyümdə yaşadığım titrəyişi gizlədə bilmək üçün,nə edəcəyimi bilmədim….Əslinə baxarsan “mən sevgiyə filan da çox inanmıram” demək istəyirəm.Sevginin gücünün həyatdaki başqa heç bir şeydən daha qüvvətli ola bilməyəcəyinə inanarkən…Doğruları ürəyimin səsiylə taparkən…

YaLNıZLıK...

İnsanı insan edənn ən vacib şeyin “sevgi” olduğunu fikirləşərkən…Sevgiyə inanmıram demək,mən heç yaşamadım deməklə eyni mənalıdı…
Həyat həmişə seçimlər buraxar,insana.Amma hər zaman ən doğrusunu seçmək mümkün deyil.Vacib olan yaşanan yalnışda olsa,bundan sabaha dair bir dərs çıxara bilməkdir…

sharm

Şərhlər:

  1. Gunes dedi ki:

    sekiller superdi yaziyada soz ola bilmez tesekurler

  2. MURAD_X dedi ki:

    Sekiler ve yazi superdir..

  3. gecenin_sehr dedi ki:

    superdi twk

  4. MiSs_mR_BaKiNeC dedi ki:

    Thanks youuu suppppa ellerine saglik

  5. yAgmurlar dedi ki:

    ASKO,
    insan hec vaxt tek deyil cunki ALLAH hamiya yeter
    tewekkurler

  6. ASKO dedi ki:

    insan hec vaxt tek deyil cunki ALLAH hamiya yeter xebere gore thank you

  7. YUQAN dedi ki:

    xebere gore twkler ….sevgi dogurdanda gozel bir wey ola biler yalniz qarwiliqli sevenler u4un…men sevdim ama qarwiliqsiz oldu ona gorede nifret edirem sevgiye …belke zamanla yene sevecem,hansisa qizin arxasinca qa4acam ama o qiz menim oz qizim olar yeriyerken arxasinca qa4acam ki ayagi budreyib yixilanda tuta bilm …………………………………………………………………….

  8. QISMET_1995 dedi ki:

    qeseng xeberdi

  9. BAYACAM dedi ki:

    COX SAQOLUN.COX QEWENGDI

  10. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol redaktesi cox qewengdi….

  11. Pî§KøpÂT dedi ki:

    TEWEKKURLER