Azərbaycan «Eurovision»dan ziyanla çıxacaq

Xərclənməsi nəzərdə tutulan 1 milyard dolları qazanmaq mümkün olmayacaq

“Eurovision 2012″ müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olanda hökumətin bu tədbirdən də korrupsiya əməliyyatları üçün istifadə edəcəyini ehtimal etmək olardı. Daha sonra yarışmaya hazırlıq adı ilə həyata keçirilən tədbirlər ehtimalları doğrultmağa başladı. Bu günlərdə isə bu məqsədlə hökumətin nə qədər pul ”siləcəyi” bəlli oldu. Belə ki, “Mir” teleradioşirkəti Azərbaycanın “Eurovision 2012″ mahnı müsabiqəsinə necə hazırlaşması ilə bağlı reportajında xərclərə xüsusi diqqət ayırıb.
Reportajda qeyd olunub ki, Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, “Eurovision”a hazırlığa dövlət büdcəsindən 1 milyard dollar xərclənəcək. Şübhəsiz ki, bu kimi tədbirlərin və müsabiqələrin keçirilməsi ölkəyə turist axını və əlavə gəlirlərin gəlməsi baxımından sərfəlidir. Lakin xərclərin məbləği onu deməyə əsas verir ki, Azərbaycan bu müsabiqədən “ziyanla” çıxacaq. çünki heç bir halda 3-4 gün davam edən müsabiqənin ölkəmizə bir milyard gəlir gətirəcəyi mümkün deyil. Bunun üçün başqa ölkələrin nümunəsinə də diqqət yetirmək kifayətdir.


Məsələn, hesablamalara görə, Oslo “Eurovision”a təxminən 17 milyon avro, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avrodan az, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Almaniya isə indiki ana rekord məbləğ – 47 milyon avro xərcləyib. Düsseldorfdakı yarışma ölkə büdcəsinə 140 mln avro gəlir gətirib. Moskvaya isə bu müsabiqə 35 milyon avroya başa gəlib. Ancaq gəlirlər xərclərdən xeyli az olub. çünki Avropa Yayım Şurası Rusiyaya bu məbləğin cəmi 10 faizini ödəyib.


Müsabqə zamanı Azərbaycana xeyli sayda turistin gələcəyi gözlənilir. Hətta rekord sayda turistin gəlib ölkədəki bahalı xidmətlərdən istifadə etməsi belə xərclənən, daha doğrusu “silinən” bir milyard manatı ödəməyəcək. Bu da bir daha onu deməyə əsas verir ki, hökumət bu yarışmadan da ölkənin mənafeyi, vətəndaşlarının rifahı deyil, şəxsi maraqları üçün istifadə etməyə hazırlaşır.
Kiçik misal gətirmək bunu bir daha sübut edir. Miqyasına görə “Eurovision” yarışmasından xeyli böyük olar, daha çox gəlir gətirən olimpiya oyunlarında belə bir milyardlıq gəlir fantastik rəqəm sayıla bilər. Məsələn, Pekində keçirilən olimpiya oyunlarına çin hökuməti 2,8 mlrd dollar xərcləyib, 3,01 mlrd dollar gəlir əldə edib. Xalis mənfəət isə 150 mln dollar olub. Bir milyard xərc çəkən Azərbaycanın isə “Eurovision” yarışmasından sonra gəlirlərini yox, itkilərini hesablamaq lazım gələcək.

polo

Şərhlər:

  1. Pokemon dedi ki:

    Esitmisdim bu xeberi…Guya Azerbaycanin butun pulu ozune xerclenirki)))ele bil 1 mlrda qazanmiyibda bunun kimi o qeder pul ayri yerlere axirki))…her sey bize qalsa he yene deyerdik heyif ziyan deyir…Neyse axiri Azerbaycanin adi taninsin ne olursa olsun bize bu Lazimdi xeyal

    Pokemon,
    Meni TaniMa AmA UnuTmA…..

  2. Hilary Duff dedi ki:

    YAXWI OLAR INWALLAH XEBERE GORE TEWEKKUR

  3. BadBoy dedi ki:

    Xebere Gore thanks

  4. Pî§KøpÂT dedi ki:

    TEWEKKURLER

  5. deniz15 dedi ki:

    hm yaxsi olar insALLAH

  6. ASKO dedi ki:

    Azerbyacan vecni bele iwlerde ziyana duwub yol duzeldende nese tikende bizde ancaq ziyana isliyirik xeyr biz aid deyil xebere gore thank you

  7. Gunes dedi ki:

    melumat ucun tesekurler

  8. EMO GRIL dedi ki:

    BUNU BILMEK OLMAZ.

  9. BAYACAM dedi ki:

    DEYİLƏSİ SÖZÜM YOXDU.YAXŞI OLAR İNŞALLAH.

  10. ...::EMERALD::... dedi ki:

    Yaa boyle olur iste….

  11. emo15 dedi ki:

    insallah yaxsi olar.amin

  12. UNDERCOVER dedi ki:

    yaxwi olar inweallah

  13. TARKAN dedi ki:

    maraqliydi ama mence hem maraqli hemde yorucu olcax

  14. gecenin_sehr dedi ki:

    tewekkurler

  15. MURAD_X dedi ki:
    Gorek neler bas verecekde.. twk
  16. YaZ_YaGmuRu dedi ki:

    heri inwallah yaxci olar)