Ananın gəlin köçən qızına nəsihəti

Sevimli qızım.

Həyata atılma çağına gələn hər qadın bir ərə, hər ər də bir qadına möhtacdır. Artıq sən doğulub böyüdüyün yuvadan çıxıb, heç bilmədiyin bir yuvaya gedəcəksən. Mənim ciyərparam,gözümün nuru balam. Sən ona xidmətçi ol ki, o da sənə qul kölə olsun. Sən ona yer ol ki, o da sənə göy olsun. Balam, ərinə nə qədər hörmət göstərsən, özünü o qədər sevdirərsən. Nə qədər dediklərini edər, sözünü dinlərsənsə, o dərəcə ondan sevgi və hörmət görərsən. Ərin qohum və yaxınlarına qarşı hörmətli ol. Onlara hörmət göstərib, ərin etibarını yüksəltməyin, ərinə hörmət göstərməyin deməkdir. Ərin sirrini kimsəyə demə.Əgər söyləsən sənə olan etibarını itirmiş olarsan. Ailə nizamınız pozular.Ərin kədərli olduğu zaman sən şən olmaqdan, ərin şən olduğu zaman sən kədərli olmaqdan çəkin. Bu hal onun dərd və sevinclərinə ortaq ola bilməmək kimi bir qüsuru ortaya çıxarar.

Qənaət sahibi ol, halına şükr et. Ərin evə hər nə alsa, gətirsə onu ən gözəl şəkildə qəbul et. Ərinə itaət et, et dediklərini et, etmə dediklərini etmə. Ərinlə söhbət edərkən ona itaətli olduğunu göstər ki, Allah da razı olsun, evinizə səadət dolsun.

Evinin içini, çölünü təmiz tut, özünü təmiz tut,ərin burnuna daim təmiz qoxular gəlsin. Pis qoxular səni ərin gözündən salar. Səndən iyrənməsinə səbəb olar. Təmizlik və zərifliyin ən yaxşısı su ilə olanıdır.

Balam birdə bunu bil ki, ərinin istəklərini öz şəxsi istəklərin kimi qəbul etsən bu dediklərimi etmək daha asan olacaq.

Evində xoşbəxt ol qızım…

Qızlarına belə məsləhət verən analarımız çoxmudur görəsən?Əziz xanımlar siz ailə quranda ananızdan belə məsləhətlər aldınızmı?

BAYACAM

Şərhlər:

  1. King_Of_THE_SKY dedi ki:

    🙁 🙁 🙁

  2. MURAD_X dedi ki:
    Super nesihetlerdir, insallah hamiya bu sozleri esitmek qismet olar.. twk
  3. BadBoy dedi ki:

    Cox saq Olun Super..!!!

  4. _Aynur_ dedi ki:

    Maraqli xebere gore cox saq ol…

  5. ASKO dedi ki:

    buyurun qizlar ucundu buyurun ama eziyyete gore thank you

  6. hearts dedi ki:

    maraqli xeberdi tewekkur…

  7. Nadejda_Lyubvi dedi ki:

    maraqli xeberdi yagiw

  8. Sweet_Love dedi ki:

    Butun subay qizlara bu nesihetlerin deyilmesini arzulayiram bawda forgenc qizlari olmaqla.

    maraqli xeber ucun twk

  9. ...::EMERALD::... dedi ki:

    COX SAG OL GOZEL SOZLER UCUN

  10. mR_bAkiNec dedi ki:

    pXa))Qismet olsun burdaki qizlara))

  11. BlAcKsTaRiN dedi ki:
    Xmmmmmmmm …tewekkur….!!!
  12. EMO GRIL dedi ki:

    TWK MARAQLIDIR.

  13. YEDiNKA dedi ki:

    Butun subay qizlara ata evinden ag gelinlikle,er evindende ag kefenle cixmaq qismet etsin

  14. BAYACAM dedi ki:

    sizde saqolun.butun qizlara ve oqlanlara xowbextlik arzu edirem…

  15. N_I_C_L_E dedi ki:

    Meslehetlere gore cox saol.menim anam bu sozleri her gun deyir.artiq ezberlemiwem…

  16. YaZ_YaGmuRu dedi ki:

    saol emeye gore maraqli xeber idi applause

  17. merry-girl dedi ki:

    cox maraqlidi tesekkur

  18. Cicek19 dedi ki:

    Hec de maraqli deyil ,mence ana qizina nesihet vermemelidi,utanmalidir

  19. LA_VIE_ET_LA_MORT dedi ki:

    twkeler.Allah hamiya nesib etsin