Quranda İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Ayələr

Quranda İslam əxlaqının dünya hakimiyyətinə işarə edən bir çox ayə var. Bu ayələr Peyğəmbərimizin (s.a.a.) axır zamanın son mərhələsi olan Qızıl Dövrü təsvir edən hədisləri ilə çox paralellik təşkil edir. Belə bir hadisə bu günə qədər reallaşmadığına görə, Quran ayələrində xəbər verilən geniş miqyaslı hakimiyyətin, Peyğəmbərimizin (s.a.a.) xəbər verdiyi axır zamana işarə etdiyi də son dərəcə açıqdır.
Quran əxlaqına sahib qullara güc və iqtidar verilməsiylə bağlı ayələrdən bəziləri bunlardır:
Allah belə buyurmuşdur: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.
(Mücadilə surəsi, 21)

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə – kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur!
(Saff surəsi, 8-9)

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur. (Tövbə Surəsi, 32-33)
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.
(Yunus Surəsi, 82)
Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.
(Rəd Surəsi, 42)

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.
(Yunus Surəsi, 13-14)

Allaha heç bir şeyi şərik qoşmadan iman edənlərin yer üzünə varis qılınacaqları da Quranın bir çox ayəsində vurğulanan ilahi qanundur:
Biz Zikrdən sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.
(Ənbiya Surəsi, 105)

Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. Bu (varislik), məqamımdan və əzabımdan qorxanlara aiddir!” (Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi isə ziyana uğradı.
(İbrahim Surəsi, 14-15)

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”. Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”.
(Əraf Surəsi, 128-129)

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!
(Ənbiya Surəsi, 18)

Pî§KøpÂT

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    ALLAH Razi olsun..Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!

  2. deniz15 dedi ki:

    ALLAH razi olsun saqolun

  3. Gunes dedi ki:

    Allah razi olsun

  4. Pî§KøpÂT dedi ki:

    cox sagolun rey yazdiginiz ucun tewekkurler

  5. yAgmurlar dedi ki:

    tewekkurler deyerli xebere gore, Allah razi olsun

  6. ASKO dedi ki:

    Qurani Azerbaycan dilindeki formasini oxumuwam cox saq ol eziyyte gore thnas

  7. ZoRRo_BaKu dedi ki:

    Allah Razi Olsun

  8. MURAD_X dedi ki:

    twk maraqlidir..

  9. EMO GRIL dedi ki:

    twk xeber ucun

  10. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol…Allah razi olsun…

  11. YaZ_YaGmuRu dedi ki:

    tewekkurler applause ela yazidi Allah razi olsun ellerine sagliq

  12. BAYACAM dedi ki:

    ALLAH RAZI OLSUN.ELLERINIZE SAQLIQ.TEWEKKUR EDIREM..

  13. gecenin_sehr dedi ki:

    Allah razi olsun

  14. King_Of_THE_SKY dedi ki:

    Cox sagol heqiqeten deyerli sozlerdir

  15. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…