Qurani Kərim

Quran uca Allahın Cəbrail (Allahın ona salamı olsun) vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə (Allahın ona salavat və salamı olsun) 23-il ərzində nazil etdiyi kəlamıdır. Quran Allahın kitabının xüsusi adıdır. Qurandan başqa heç bir kitab belə adlanmır. Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur: “Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”
(əl-Bəqərə surəsi, 1-2).

Digər bir ayədə buyurur: «Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)».
(əl-Kəhf surəsi, 1-2)

Bu elə bir kitabdır ki, haqqı batildən ayırar, qəlblərə şəfa verər, insanlardan bəzilərini ucaldar və bəzilərini zəlil edər.
Quran oxumaq qəlbin dərmanıdır. Uca Allah buyurur: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik”.
(əl-İsra surəsi, 82)

Başqa bir ayədə buyurur: “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət,
kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”.
(əl-İsra surəsi, 57)

Hər bir müsəlman Quran oxumağı bacarmalıdır.
Quran oxumağı bacarmaq nə qədər tükənməz, böyük bir nemətdir. Odur ki, Quran oxuyan kəs onun ədəblərini, oxuma qaydalarını öyrənməli və ona riayət etməlidir ki, bu gözəl əməli lazımınca yerinə yetirmiş olsun. Uca Allah buyurur: «Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, (Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir».
(Fatir surəsi, 29-30)

Pî§KøpÂT

Şərhlər:

  1. YaZ_YaGmuRu dedi ki:

    ellerine sagliq) twk
    ALLAH razi olsun sagoyy angel

  2. Sweet_Love dedi ki:

    Allah razi olsun. Maraqli xeber idi cox saqol

  3. EMO GRIL dedi ki:

    SUPER XEBERDI

  4. MURAD_X dedi ki:

    Allah razi olsun.. ela xeberdir.. twk

  5. merry-girl dedi ki:

    Allah razi olsun

  6. Gunes dedi ki:

    Allah razi olsun

  7. ASKO dedi ki:

    gozel xeberdi men oxuyuram QuraniKerim ama azeribaycanca ereb dilinide ALLAH qoysa oy\\renecem inwallah Amin

  8. Pî§KøpÂT dedi ki:

    cox sagolun rey yazdiginiz ucun

  9. BadBoy dedi ki:

    CoooooooX SaQ OLUN..!! yAXCIDU

  10. BAYACAM dedi ki:

    ALLAH RAZI OLSUN…

  11. _Sia_ dedi ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…