♥Dostluq♥


Həyatın ən gözəl yanlarından biri də tək olmamağını hiss etməməkdir.Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında görürsen…Bəzilərnin dostu sevdiyi,bəzilərinin dostu anası,bəzilərininki sinif yoldaşı daha kimlər kimlər…
Önəmlisi onun kim olduğu,hansı nəsildən,necə geyinməsindən,kimin övladı olmasından asılı deyil, önəmlisi onun sənə nə qədər yaxın olması,əzabına nə qədər yanması,sevindiyindən səndən də çox sevinən,sən uğur qazandın, o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı müsbət olmaqla qarşılıq verməlisən.Qisacası səni içdən anlayan birisi olmalıdır sənin dostun.Əgər sənə kimsə dost deyirsə, deməli sən də onu daxilən anlamalısan

1)Yaşamaq gülməyi,sevgi layiq olmağı,vəfa unutmamağı,dostluq sadiq olmağı bilənlər üçündür!

2)Dost bəzən balaca quşcığaz,bəzən var olmayan sevgili,bəzən də dibçəkdə çiçəkdir,amma əsl dost səni səndən çox sevəndir!

3)Baharın günəşi bəxtinə doğsun,kədərlər könlündən uzaq olsun,Bütün gözəlliklər və sevinclər sənin olsun!

4)Dostluq ağlamaqsa,ürəyindəki dərdi bölüşməksə,kədərləndiyində,qəmləndiyində, isti bir qucaqsa və dostluq üçün atəsə atılmaqsa,dünya durana,can bədənimdən çıxanadək dostumsan!

5)Xoşbəxtliyin ardınca qaçma qoy o sənin arxanca qaçsın və həyatda elə xoşbəxt ol ki, gözlərindən axan bir damla yaş axtarıb da tapa bilməyənlərin sədəqəsi olsun.

6)Gülərkən hər kəs səninlə gülər bəs ağlayanda???Uğurlarına hər kəs otaq olur bəs uğursuzluqlarına???Elə birisiylə dost ol ki-Pis gün kədər qapını döyəndə qapını o da səninlə birgə açsın…

7)Sən gülərkən yanındakılar da gülər, amma ağlayarkən tək ağlarsan.Onun üçün elə bir ağaca söykən ki, əsla yıxılmasın,elə bir dost ol ki, əsla buraxmasın…

8)Dost vurulunca deyil, unudulunca qəhərindən ölərmiş.Bir dostlarımızı tər çiçəklər kimi ovcumuzda deyil,güllə yarası kimi ürəyimizdə gizləyərik.

9)Zaman gələr yollarına qar yağar,ətrafını kədər buludları bürüyər,nə zaman dosta ehtiyacın olsa, onu taparsan

10)Qəlblər birdir,dünyalar ayrı olsa da.Dostluqlar,sevgilər,eşqlər yalan olsa da, üzülmərəm,dünya yansa da, biz dostumuzu unutmarıq bizdən çox uzaqda olsa da…

11)Dost dəniz kənarında daşa bənzər,əvvəl bir-bir bəzəklisini,rənglisini yiğarsan,sonra bir-bir dənizə atarsan.Amma bəzilərinə qıya bilmərsən və sən o qıya bilmədiklərimdənsən deməli dostumsan…

12)Dostlarınla elə yaşa ki,gün gələr düşmən olsan haqqında söyləyəcək sözləri olmasın.Düşmənlərinlə elə yaşa ki, dost olsan üzün qızarmasın…

13)Yasdıq deyə başını daşa söykəyən,yataq deyə ilanların üzərində yatan bir adam,güvəndiyi bir dostundan düşmanlıq hiss edən adamdan daha rahat yatar…

14)Mən dostumun ətrini uzaqdan hiss edərəm,gülüşünü uzaqdan eşidərəm.Dostunla uzaq yollar yaxın olar,kədərlərin sevinc olar….

15)Sevgi və dostluq bir gün yolda ratlaşarlar.Sevgi özündən razı tərzdə “Mən insanlara səndən daha yaxınam,daha vacibəm.ümumiyyətlə sən niyə mövcudsan ki?”Dostluq cavab verər: “Sən gedəndən sonra qoyduğun göz yaşlarını silmək üçün”

16)Bölüşəcək dostun yoxdursa,gözəl şeylərə sahib olmaq da bir o qədər zövqverici olmaz….

17)Dostluğun qolları,dünyanın bir ucundan o biri ucunu qucaqlaya biləcək qədər uzundur.

18)Heç zaman düşmanına nəyisə izah etməyə çalışma!çünki o buna inanmayacaq və heç vaxt dostuna nəyisə izah etməyə çalışma, çünki onun izahata ehtiyacı yoxdur..

PS.Siz bu gözəl sözləri kimə həsr edərdiniz???

YaZ_YaGmuRu

Şərhlər:

  1. LA_VIE_ET_LA_MORT dedi ki:

    twkler.heddinden artiq gozel sozlerdi

  2. N_I_C_L_E dedi ki:

    8)Dost vurulunca deyil, unudulunca qəhərindən ölərmiş.Bir dostlarımızı tər çiçəklər kimi ovcumuzda deyil,güllə yarası kimi ürəyimizdə gizləyərik.

    Dostum vardi ama 3 illlik dostumu 1 deqiqede sildim!!!

  3. YUQAN dedi ki:

    xebere gore tewekkurler

    Deniz derindir durulmaz. Dostluq ebedidir unudulmaz.

  4. Sweet_Love dedi ki:

    meymun dostumaaaaa onu cox istiyiyem kisses hemde cempion dostumdu o menim:

  5. yAgmurlar dedi ki:

    Dost vurulunca deyil, unudulunca qəhərindən ölərmiş.Bir dostlarımızı tər çiçəklər kimi ovcumuzda deyil,güllə yarası kimi ürəyimizdə gizləyərik.
    dostluq gozeldi deyerini bilenlere tewekkur xebere gore give_rose

  6. SURA_WKA dedi ki:

    ewiiiiiiiiiiiiiiiiiiii bow weydi.dostlux.ALLAHdan bawqasini dost tutmax yalandi.
    uffffffffffffffffffffffff nervileniremmmmmmmmmmmmmmmmmmmmmmmmm.

  7. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore maraqlidi…

  8. Agresiv_qiz dedi ki:

    ay6 da dastandiye bu oxumaga hevselem qokku amma menim bir 'dostum' var idi dostluga olan inamimi oldurdu.twkler

  9. gecenin_sehr dedi ki:

    Dost bəzən balaca quşcığaz,bəzən var olmayan sevgili,bəzən də dibçəkdə çiçəkdir,amma əsl dost səni səndən çox sevəndir!

  10. MURAD_X dedi ki:
    twk men dostlarimi cooox yaxsi taniyiram.. twk
  11. EMO GRIL dedi ki:

    twk maraqli xeber idi ancaq insan kimi ozune dost secir bilmelidir.

  12. Pestimist... dedi ki:

    )Yaşamaq gülməyi,sevgi layiq olmağı,vəfa unutmamağı,dostluq sadiq olmağı bilənlər üçündür!

  13. ASKO dedi ki:

    bu dovrde doslar esl dostlar azdi xebere gore thank you

  14. merry-girl dedi ki:

    Sitat: ASKO
    bu dovrde doslar esl dostlar azdi


    Raziyam ama gerek ozun de dost olmagi bacarasan her sey insanin ozunden aslidi—ellerine sagliq

  15. King_Of_THE_SKY dedi ki:

    Tewekkuf edirem maraqli idi

  16. ELIK28 dedi ki:

    oxudum cox sagol bu dovurde dostlar azdi heyifki

  17. gulben dedi ki:

    heee ele biri varrrrrr

  18. nisi dedi ki:

    [color=#CC33CC]men dostlugada,dostumada inaniram.ozumdeki suuuper dosdam.

  19. Lucky Girl dedi ki:

    maraqlidi.shukur dostlarim var……
    5)Sevgi və dostluq bir gün yolda ratlaşarlar.Sevgi özündən razı tərzdə "Mən insanlara səndən daha yaxınam,daha vacibəm.Ümumiyyətlə sən niyə mövcudsan ki?”Dostluq cavab verər: "Sən gedəndən sonra qoyduğun göz yaşlarını silmək üçün”
    super sozler…twk

  20. BadBoy dedi ki:

    SuPeR:( Pasibki

  21. ZoRRo_BaKu dedi ki:

    saoy bacim

  22. Pî§KøpÂT dedi ki:

    tewekkurler