Səssiz dərs

Müdrik bir insanın tələbələrindən biri uzun illər getdiyi dərsi tərk etmişdi. Artıq dərslərdə iştirak etmirdi. Bir neçə ay keçsə də, onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi

Qış mövsümü idi, tələbəsi evdə tək idi. Otaqdakı böyük sobanın içindəki odunlar çatırtı ilə yanırdı. Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə qonağını sobanın yanına dəvət etdi.

Özü də mətbəxə keçərək hazırlıq görməyə başladı. Sobanın yanında oturan müdrik adam təqdim olunan ikramı qəbul etdi, lakin tələbəsinə heç nə demədi. Sanki evdə heç kəs yoxmuş kimi hərəkət edirdi.

Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi.

Bir neçə dəqiqədən sonra maşanı götürdü, qızmar közlərdən birini götürdü və ocağın kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı. Kənara qoyulmuş közün odu yavaş-yavaş zəiflədi, sonra söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşma xaricində heç kim bir kəlmə də olsun danışmamışdı.

Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə aldı və sönmüş közü alovun içinə atdı. Tezliklə yanan ocağın istisinə və alovuna yenidən yanmağa başladı. Ayrılmaq üçün qapıya gəldikdə ev sahibi: “Ziyarətinizin səbəbini anlayıram. Bir az əvvəl verdiyiniz dərsiniz üçün minnətdaram. Bundan sonra dərslərinizi qətiyyən axsatmayacağam” – dedi.

LA_VIE_ET_LA_MORT

Şərhlər:

  1. ASKO dedi ki:

    suuuussss seszi ders gedir eziyyete gore thank you minetdarram

  2. Anara 21 dedi ki:
    " ATEŞ DÜŞDÜYÜ YERİ YAKAR "_ _ _[/b

    ]İN

    SAN BU DUNYADA NƏ EDİRSƏ ÖZÜNƏ EDİR…İNSANIN ƏN BÖYÜK DÜŞMANI İNSANIN bye ÖZÜDÜR…..T……..Ş………..K
  3. mR_bAkiNec dedi ki:

    Sessiz ve sensiz))sagol xebere gore oxumasamda maraqlidir xD

  4. MURAD_X dedi ki:

    SUPERR.. oxudm, cox gozel hekayedir.. twk

  5. Agresiv_qiz dedi ki:

    bizim mellimler de sessiz ders kecse ela olar ee basimizi xarab eliyibler))…tesekkurler ela idi.

  6. gecenin_sehr dedi ki:

    tewekkurler

  7. MY SWEET dedi ki:

    tewekkurler 🙂

  8. polo dedi ki:

    eladir mence nence de menali yazidir kiwinin mudrik oldugu elediyi her bir hereketinden bilinir twk dostik bele gozel menalarla dolu yazi ucun

  9. BadBoy dedi ki:

    SuPr MinnetDaram YeRi VaR

  10. EMO GRIL dedi ki:

    TESEKKURLER.

  11. King_Of_THE_SKY dedi ki:

    Hmmmm . pis Deyil . tewekkurler

  12. YaZ_YaGmuRu dedi ki:

    twk yeri var idi beyendimmmmmm

  13. Pestimist... dedi ki:

    maraqli xeberdi

  14. .::Miss Sladka::. dedi ki:

    twk cox maraqliydi ilk hekayediki axira qeder oxuyram))

  15. yAgmurlar dedi ki:

    maraqlidi tewekkur give_rose

  16. LA_VIE_ET_LA_MORT dedi ki:

    twkler reylerivize gore

  17. Sweet_Love dedi ki:

    Maraqli idi cox saqol….