Bir dəniz fənərinin sevgisi

Bir Dəniz fənəri.. Okeanla sonsuza qədər qonşudu. Okeanınmı ona daha çox ehtiyacı var yoxsa, dəniz fənərimi okean üçün imtina edilməz bir sevgilidir?
-Gündüzləri, dəniz fənəri üsyanlardadı… çünki yanındakı biricik sevgilisi gözlərinin qarşısında günəşlə ehtirasla sevişməkdədir. Həmişə gecə olsun istər, sevgilisi ona qalsın, tək onda tapsın gecədəki rənginin gözəlliyini… Dəniz fənəri, kiçikdir okeana görə amma günəşin eşqindən daha böyükdür eşqi okeana…

-Gecələri isə dəniz fənəri, xoşbəxtliklər arxasındadır, gecənin əsrarəngiz səssizliyində. Hər işıq dövründə dəli olar dəniz fənəri zövqdən, sanki rəqs edər okeanın ən uzaq nöqtələrinə uzanaraq. Daha gerçəkdir dəniz fənəri, gecə yalnız o və okean vardır məhdud görüş gizliliyində.

-Gündüzləri dəniz fənəri bir heçdir bütün aldatmalara şahid olaraq. Günəş isə gecə olunca bu hissi görə bilməz.. Gecə, dəniz fənəri ilə okeanın eşqinin rəqs edişinə günəş şahidlik etməz..

-Gün bitimində və başlanğıcında təslim edərlər sevgili okeanlarını bir-birlərinə günəş və dəniz fənəri.
Günəşin okeanla arasına girən bir maneə vardır bəzən, bu işgəncədir günəşi kiçildən. Buludlardır, bu xain, gündüz eşqində günəşə okeanı göstərməyən. Günəş isə bütün gücüylə döyüşər okeana çatmaq üçün. O qədər yaxınlaşar ki, buludlara buludlar, sıxlaşar, sıxlaşar və səma ağlamaya başlar okean həsrətindən hesabsızca titrəyər.

-Okean bütün damlaları həsrətlə qucaqlayar, hər damla onu günəşinə daha çox yaxınlaşdırmaqdadır. Səma ağlar, ağlar ta ki son damlası bitənə qədər. Okean damlalarla böyüyər böyüyər böyüklüyünə daha həcm qataraq eşqinin sevgi damlalarıyla. Bilməzdi okean, hər yağışla sevgisini ona çatdırmaq istəyən bir günəşinin olduğunu. Hər yağış yağdığında okean hirslənər günəşinə gündüz onu tərk etdiyini düşünər, tündxasiyyətləşər, dalğalanar hirsindən bilə bilməz günəşinin ona çatmaq üçün döyüşdüyünü.

-İntiqamını dəniz fənərindən alar okean, onun niyə gündüz sevgilisi olmadığını dəfələrlə qamçılayaraq soruşar dəniz fənərinə. Dalğalarını böyüdər, cavab ala bilməyincə dəniz fənərindən.. Dəniz fənəri onu təsəlli edə bilməz, çünki o yalnız gecə vardır gerçək gecədədir onun üçün. Ağlaya bilməz dəniz fənəri, ağlamanı dəlilər kimi istəsə də, gözyaşları yoxdur, çatmaq istəsə də çata bilməz gündüz sevgilisinə. çarəsizdir dəniz fənəri, yalnız bir dilək keçirər içindən küləyə yalvarar “buludları qaçır buradan” deyə, günəşin çıxması sevgilisinə sevgi dolu işıqlarını göndərməsini diləyər.

-Okeanının xoşbəxtliyini istər hesabsızca… çünki tək xoşbəxtliyi budur dəniz fənərinin. Ağlaya bilməz, gündüz ona çata bilməz, danışa bilməz hisslərini okeanına. Hər okeanın sahilində bir dəniz fənəri vardır. Hər gecə dəniz fənərləri gəmilərə okeana olan eşqini qışqırarlar, ümidsizcə, sabahlarını heç arzulamadan… Və hər gecə hekayələrini izah etmək üçün gəmiləri gözləyərlər sonsuz geCəLərdə…

Mən sənə kədərdən başqa nə verdim?

BadBoy

Şərhlər:

  1. gecenin_sehr dedi ki:

    superdi twk

  2. BlAcKsTaRiN dedi ki:
    Elinnen bunnan basqa ne gelirki?!!!
  3. BadBoy dedi ki:

    Beyendizse Tewekkurler

  4. ASKO dedi ki:

    saq ol eziyyete gore tewekurrler minetdarram xeyal

  5. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore maraqlidi….

  6. BadBoy dedi ki:

    Sitat: LadyGirl
    gozel yazi idi cox sagol Islam

    Ay MeyMuW ISLAM YoX ILHAM:) LoooooooooL

  7. Queen_of_The_sky dedi ki:

    sevgi hec vaxt yasandigi zaman sevgi olmur itirildiyi zamandan sevgi olur.

  8. Pestimist... dedi ki:

    aaaaaaaaaaaaaaaaaa
    ssssssssssssssssss
    kkkkkkkkkkkkkkkkkkkkk

  9. SURA_WKA dedi ki:

    ay ALLAH eladiyeee.halaldi .badboy.

    ehhh onsuzda sevgi kederden bawqa hecne vermirrrrrrrr. cry

    sonrada cixib gedir.moonw

  10. YaZ_YaGmuRu dedi ki:

    applause superdi… smiles saol

  11. King_Of_THE_SKY dedi ki:

    Vayy Beee . Super Deyerlii

  12. ELIK28 dedi ki:

    SUPER(((((( minetdaram

  13. Lucky Girl dedi ki:

    Super.. duygulandimmmm cry

  14. BadBoy dedi ki:

    Sitat: gecenin_sehr
    superdi

    bEYENdIyNe Sevindim..!!!