Ozon təbəqəsində 2 milyon kvadrat kilometr dəlik yaranıb

Elm adamları şimal yarımkürə üzərindəki ozon təbəqəsində bənzərinə bu günə qədər rast gəlinməyən böyüklükdə bir dəlik açıldığını açıqladılar.

Bir çox ölkədən elm adamlarından ibarət olan 29 nəfərlik bir heyətin, The Nature jurnalının son sayında nümayiş olunan müşahidələrinə görə, Kanadanın şimalı, Rusiya və bəzi Avropa ölkələrində bahar aylarında yüzdə 3 ilə 5 daha yüksək ultrabənövşəyi süaya məruz qaldıqları müəyyən olundu.

NASA, ESA və kosmosda peyki olan ölkələrlə əməkdaşlıq edən elm adamları, atmosferin 30 kilometr üzərindəki ozon təbəqəsində 2 milyon kvadrat kilometr böyüklüyündəki dəlik açıldığını gördülər. Bunun ozon təbəqəsində bu günə qədər müəyyən olunan ən böyük və misli görülməmiş dəlik olduğunu açıqlayan qrup üzvü Toronto Universiteti ozon ekspertlərindən Kaley Walker, “bir elm adamı olaraq bunu təyin etmək həyəcan verici amma bu problemin insanlığa gətirəcəyi mənfilikləri düşünmək belə istəmirəm” dedi.

Qrupdakı Alman elm adamlarından Marcus Rex də, “əslinda açılan bu dəlik bizə, şimal qütbündəki problemləri yaxşı anlamadığımızı söyləyir” deyə danışdı.

Ozon təbəqəsi, günəşdən gələn zərərli süaları udarkən, istiliyi də yuxarıda tutaraq dünyanın həddindən artıq istiləşməsini önləyən əhəmiyyətli bir funksiya görür. Ekspertlər, ozon təbəqəsindəki dəliklərdən sızan zərərli süaların dəri xərçəngi başda olmaq üzrə əhəmiyyətli sağlamlıq problemlərinə səbəb olduğunu ifadə edirlər.


Angel_a

Şərhlər:

  1. BlAcKsTaRiN dedi ki:
    Melumata gore twk
  2. YaZ_YaGmuRu dedi ki:

    hm…saol xeber ucun…

  3. N_I_C_L_E dedi ki:

    ALLAH axrimizi xeyir elesin..AMIN…

    Cox saol canim menim xebere gore

  4. ASKO dedi ki:

    qeribe xeberdi men hecde bele weylernen maraqlinmiram ama eziyyte gore tahnsk you

  5. King_Of_THE_SKY dedi ki:

    Vayy beer