Qısqanclıq Sevgidir yoxsa nöqsan?

Qısqanclıq Sevgidir yoxsa nöqsan?

Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir. Bu sözləri hələ bizim eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib.Lakin tarixin bütün dövrlərində,
adi insanlardan tutmuş dahilərə qədər məhəbbətin acı zəhəri – qısqanclıq haqqında düşüncələr söyləyənlər olub.
Məsələn, Aleksandr Düma -ata hesab edir di ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir.
Andre Morua əmin idi ki, qısqanclıq insanları bir-birinə bağlayır,
Filosof Jordano Bruno isə qısqanclığı məhəbbəti məhv edən bir qüvvə kimi gələmə verirdi.
Bəs qısqanclıq nədir? Biz bu qüsuru özümüzdə aşkar etdikdə nə etməliyik?
Qısqanclıq həddini aşanda, yəni patologiya halını alanda,
bu hissi artıq Piza universitetində öyrənməyə başlayırlar.
Universitetin dosenti Kyar Simonelli deyir:”Qısqanclığın yaş həddi, cins fərqi olmur.Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır.
Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hisslərindən fərqlənir”.
Nəsihətimiz isə belə olacaq: qısqanclıq, əlbəttə ki, əsl məhəbbətin göstəricisidir.
Lakin qısqanclıq həmçinin eqoizmin də bariz göstəricisidir.
Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da – insanı qul etmək mümkün deyil.
Tarix göstərir ki, zor, güc həmişə faciə ilə bitir.
Belə ki, sevin, qısqanın, küsüb-barışın, lakin yaxşı olar kı, hisslərini nəzarətdə xaslayasınız,
ani düşüncələrə uymayasınız, qısqanclığın gözü, deyirlər, kor olur. Qəlbinizdə birdən,
səbəbsiz yaranmış qısqanclıq hissini isə açıq və saf hisslərlə üstələyin
Nəticəsi – sevgi ilə dolu həyat olacaq.

)(akker

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    QISQANMAQ – İnamsızlıq, qorxu və saf sevginin qarışığıdır. Inandırmağa xidmət edəndə saxtalaşır. Qorxuya xidmət edəndə inandırır. Sırf sevgiyə xidmət edəndə isə baxış зərзivəsini darlaşdırır.

  2. dreamy dedi ki:

    Hmm mence bir insan qisqanilmadigini hiss etse daha da pis olar.Eger sen kimler ucunse xususui biri olsaydin o zamanda ister istemez qisqanilardin.Ve ya eksine olaraq qisqanilsan bu da sene mane olar biler .bele deyirsen olmur basqa cure de deyirsen olmur.50 – 50 ye . xeber ucun sagolun

  3. Angelocka dedi ki:

    aznetin_gozeli,
    dreamy,
    ya_za ya_za

    Cox sagol dostik maraqli xeber idi

  4. KinG ArthuR dedi ki:

    xebere gore cox sag olun

  5. Бакинка dedi ki:

    hewnedi=)

  6. fanya_ya dedi ki:

    Chox saq olun!