Sevgini duya bilmirəm.

Hər şeyimi-yaşadığım,duyduğum hər şeyi səninlə bağlayıram.Ancaq bilirəm ki, sənin qəlbində sevgi üçün yer yoxdur.Halbu ki,sevgisiz insan cansız əşayaya bənzər..
Yaşadığım hər şeydə sənin sevgini duyuram..
Təbii ki, bunlar hamısı sadəcə mənim yalanlarımdır..
Bəzən səndə ele bir soyuqluq görürəm ki,o zaman həyata-reallığa qayıdıram.
Bilirəm…yox…əminəm sevdiyim,canımın bir parçası saydığım insan sən deyilsən.Əslində mən sadəcə mənim XƏYALIMDAKI SƏNI SEVIRƏM!..
Yaşadığım bütün ağrıların tək səbəbkarısan..
Bəzən sənin üçün o dərəcədə ,o dərəcədə darıxıram ki,bunu hiss etdiyim qədər heç kim anlamayacaq deyə dilimə gətirə bilmirəm..
Bəzən gecələr elə şeylər yaşayıram,elə canım incinir ki…bu ağrılarda belə səni daha çox sevirəm.Bəlkə də, sən də ,mənə qarşı bu hissləri keçirsəydin…Nə bilim..ehhh…
Sənə qarşı keçirdiyim hissləri artıq sözlər də mənalandırıb,bir cümlədə ifadə edə bilmir..
Heç nə bilmirəm,ancaq bir şeyə əminəm həyatımda var olduğum ən gözəl varlığım sənə olan hisslərimdir! çox təəssüf ki,bunu “Sən”deyə ifadə edə bilmirəm..
Səni həyatımda bir daha heç zaman,heç kimi sevə bilməyəcəyim dərəcədə çox sevirəm..
Hər şeyinlə mənə çox yaxınsan, amma bədbəxtçiliyim bəlkə də ondadır ki, bunu mən duymuram..
Artıq bilmirəm hisslərimi hansı sözlərlə ifadə edim. Hər kəsin işlətdiyi, adət halını alan sözlərdən istifadə etmək istəmirəm. Qorxuram ki, mənim də sevgimi “yalan” deyə qəbul etsinlər.
Sadəcə sənsiz mənə hər şey, amma hər şey çox çətin və maraqsız gəlir…
Mən inanmıram ki,bu qədər narahatlığımın səbəbi olan sən,məni duymayasan,sevməyi bacarmayasan.
Özümü çox məcbur edirəm ki,sənin qəlbsiz biri olduğunu,sevməyi bacarmadığını qəbul edim.Ancaq,nə qədər çalışsam da qəlbimdə yanan o ümidi söndürə bilmirəm.
ürəyim mənimlə heç cürə razılaşmır “ O SƏNİN FİKİRLƏŞDİYİN KİMİ DEYİL”– deyir.
Sən nə mənim arzuladığım insansan,nə də fikirləşdiyim.Səni bəs necə qəbul edim…
Bəzən məni duyduğunu,hisslərimi qəbul etdiyini hiss edirəm.Sadəcə hiss edirəm… ancaq inanmıram…
Heç zaman başa sala bilməyəcəyim ( heç onu anlatmağa da cəhd etməmişəm) qəribə bir ümid var, qaranlıq qəlbimin çox,çox dərinliklərində. O,ümid o qədər güclü parlayir ki, onu söndürməyi bacarmıram.Şüurlu bir insan olaraq düşünəndə,isə əminəm ki, bu belə deyil..
UNUTMAQ- Məncə həyatda belə bir anlayış yoxdur, bəlkə başqaları üçün olar, ancaq mənim üçün əslaaa.. eşidirsən əslaaa… İstəsəm də olmayacaq…

polo

Şərhlər:

  1. polo dedi ki:

    rey yazan elleriniz var olsun

  2. YUQAN dedi ki:

    deeeeeeeeeeee menim balacam kimi oda duya bilmir sevgini
    xebere gore wk

  3. BAYACAM dedi ki:

    COX MARAQLI XEBER IDI.TEWEKKUR

  4. ASKO dedi ki:

    mende sevirem ama heleki qarwiliqsizdi heyif ALLAH Komey olsun hAMIYA EZIYYETE gore thansk

  5. Sweet_Love dedi ki:

    Səni həyatımda bir daha heç zaman,heç kimi sevə bilməyəcəyim dərəcədə çox sevirəm.. girl_cray

    Superdi tewekkurler opucuk

  6. MURAD_X dedi ki:
    SUPERR yazidir.. twk
  7. hearts dedi ki:

    tewekkur xebere gore…

  8. YEDiNKA dedi ki:

    Xeyalimdaki seni isteyireeeeeeeem agla

  9. Anara 21 dedi ki:

    Bilirəm…yox…əminəm sevdiyim,canımın bir parçası saydığım insan sən deyilsən.Əslində mən sadəcə mənim XƏYALIMDAKI SƏNI SEVIRƏM!..

    ELƏ VAXTLAR OLUR Kİ, İNSAN ÖZÜ ÜÇÜN XƏYAL DÜNYASI QURUR VƏ O XƏYALIN UCANDA GERÇƏK SEVGİ DAYANIR…İNSAN GERÇƏKLƏRİN GÖZÜNƏ BAXA BİLMƏYƏNDƏ O XƏYALINI FİKİRLƏŞİR………GERÇƏK O QƏDƏR ACI OLUR Kİ. İNSAN BU XƏYALINDAKNII SEVDİYİNİ DÜŞÜNÜR…ONA ELƏ GƏLİR Kİ, XƏYALINDAKINI SEVİR….İNSAN ÖZÜ-ÖZÜNÜ ALDADA BİLƏR…ANCAQ QƏLBİNİ,DÜŞÜNCƏSİNİ YOX…HARA DA QAÇSAQ ACI HƏQİQƏTLƏR ÖLƏNƏ QƏDƏR BİZİMLƏDİR….!!!

    girl_cray girl_cray girl_cray

  10. LA_VIE_ET_LA_MORT dedi ki:

    twkler cox beyendim

  11. merry-girl dedi ki:

    xebere gore tesekkur

  12. mR_bAkiNec dedi ki:

    Düzələr)Sağol dostik xəbərə görə