İlk dəfə

* İlk dəmir yolu tunelini ingilislər 1826-1830-cu illərdə Liverpul ilə Mançester arasında salmışlar. Bu tunelin layihəsini Corc Stafenson vermişdir.

* İlk yazı makinasını 1714-cü ildə İngiltərədə mühəndis Henri Mill yaratmışdır.

*Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır.

* İlk futbol komandası bir qapıçıdan, bir müdafiəçidən, bir yarımmüdafiəçidən və səkkiz hücumçudan ibarət olmuşdur.

* Bizim eradan əvvəl 450-460-cı illərdə yaşamış Yunan tarixçisi Herodot özünün ” TARİX ” əsərində bitum və asfalt haqqında məlumat vermişdir. Slavyan ədəbiyyatında ” asfalt ” sözünə 16-cı əsrə aid yazıda təsadüf edilir. İlk asfalt yollar Nyu-Yorkda, Bostonda (1872-1875 ) salınmışdır.

* İlk dəfə kağız bizim eranın 105-ci ilində çində Tsay Lun adlı şəxs tərəfindən yaradılmışdır. Avropaya onu ərəblər gətirmişdir.

* 1045-ci ildə dəmirçi Bi Şen yanmış gildən, sonralar ağacdana. qalay və başqa metallardan hərflər hazırlamışdır.

* İlk qədim kitab çində 868-ci ildə yaradılmışdır. Onun müəllifi Bah Tsze olmuşdur.

* İlk partlayıcı maddə 13-cü əsrdə Şərq ölkələrində kəşf edilmişdir. Avropada və Rusiyada isə partlayıcı maddə 14-cü əsrə aiddir.

* üz qırxdırmağın əsasını Yunan sərkərdəsi Makedoniyalı İsgəndər qoymuşdur. Müharibə zamanı əlbəyaxa döyüşündə düşmənin əsgərləri onun əsgərlərinin saqqalından yapışıb yerə yıxdığını görən İsgəndər əsgərlərə saqqallarını qırxdırmağı əmr etmişdir.

* İlk svetofor dəmir yolunda tətbiq edilmişdir. Lakin müəllifi məlum deyil. 1868-ci ildə ingilis mühəndisi Hayt onu Londonda parlament binasının qarşısında meydana qoymuşdur. SSRİ-də svetofordan 1924-cü ildə Moskvada Kuznetski körpüsündə və Petrovkada istifadə olunmuşdur.

* Ədəbiyyatda ilk dəfə ” qlobus ” sözünə bizim eranın 2-ci əsrində rast gəlirik. Lakin o vaxt qlobusun özü olmamışdır. İlk qlobusu 1492-ci ildə alman geoloqu Bexayon hazırlamışdır. Rusiyada isə ilk qlobus hazırlanmasına 17-ci əsrin sonunda, 18-ci əsrin əvvəlində təsadüf edilir. İlk qlobusun diametri 91,4 sm olub.
Onu Pskov şəhərində Karp Maksimov hazırlamışdır. Maksimov bu qlobusu Birinci Pyotra hədiyyə etmişdir.

* Sovet alimi Tixomirov 1921-ci ildə ilk dəfə olaraq reaktiv artilleriya silahının yaradılmasını təklif etmişdir. Sonralar Petropavlovski, Langemak, Artemyev, Klfymenova və s. artilleriyanın inkişafında böyük xidmətlər göstərmişlər.
İlk dəfə təxəllüslə çıxış edən müəllif eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış Yunan komediyaçısı Aristofan olmuşdur

Pî§KøpÂT

Şərhlər:

  1. QISMET_1995 dedi ki:

    maraqlidi

  2. young_girl dedi ki:

    tesekkurler

  3. EMO GRIL dedi ki:

    BUNU BILIRDIM

  4. ZoRRo_BaKu dedi ki:

    Maraqliydi Chox Sag Ol !!!

  5. :..Şans Mələyi..: dedi ki:

    maraqli idi.
    tesekkurler

  6. yAgmurlar dedi ki:

    tewekkurler…

  7. LA_VIE_ET_LA_MORT dedi ki:

    twkler ela xeberdi

  8. Pestimist... dedi ki:

    tesekkur maraqlidir

  9. bY_GenC dedi ki:

    Maraqliydi Chox Sag Ol !!!

  10. MURAD_X dedi ki:
    Maraqlidir.. twk
  11. ASKO dedi ki:

    bye bye bu ilk defelilere men casdirdi e maraqli xeberdi eziyyete gore thnak you

  12. ELIK28 dedi ki:

    EZIYETE GORE SAOL