Gözəlcə dəstəmaz alan günahlarından sıyrılmış olur

Bir gün Həzrəti Osman dəstəmaz alır. Dəstəmaz bitir, qurulanır və gülməyə başlayır. Yanındakılar, xeyrdir İnşALLAH deyirlər. Həzrəti Osman onlardan soruşur:

– Nə üçün güldüyümü niyə soruşmursuz?

Yanındakılar da soruşurlar:

– Bağışlayın, niyə gülürsünüz ?

Həzrəti Osman izah edir:

– Bir gün, mənim bu dəstəmaz aldığım yerdə Rəsulullah əfəndimiz (s.ə.s) dəstəmaz alırdı. Biz də orada idik. Rəsulullah dəstəmazını aldı, gülməyə başladı. Sonra, niyə güldüyümü, niyə soruşmursuz buyurduğu xatirimə gəldi..

– Yaxşı əfəndim, bəs sonra nə oldu ?

– Biz də, Ya Rəsulullah niyə güldünüz ? deyə soruşduq..

Cavab olaraq buyurdu:

Bir möminin dəstəmazda, üzünü yuyarkən, bütün (kiçik) günahlarının, su ilə birlikdə axdığını görürəm. Əlini yuyarkən, başına məsh edərkən, ayaqlarını yuyarkən, bütün günahlarının töküldüyünü görürəm. ümmətim xilas olur deyə sevinib, mən gülməyim də, kim gülsün ?

“Gözəlcə dəstəmaz alan günahlarından sıyrılmış olur”

ASKO

Şərhlər:

  1. yAgmurlar dedi ki:

    Allah razi olsun…

  2. Pestimist... dedi ki:

    minnetdaram tesekkurler

  3. SENSIZ HEYAT dedi ki:

    ALLAH RAZI OLSUN

  4. MURAD_X dedi ki:
    lazimli melumatlardir..twk ALLAH RAZI OLSUN
  5. Sweet_Love dedi ki:

    Allah razi olsun…………..

  6. Hilary Duff dedi ki:

    tewekkurler

  7. merry-girl dedi ki:

    Allah razi olsun

  8. ROYS dedi ki:

    xeber ucun tesekkurler

  9. Agla Deniz dedi ki:

    Allah razi olsun

  10. King_Of_THE_SKY dedi ki:
    Allah Razi Olsunn . INWALLAH
  11. Pî§KøpÂT dedi ki:

    cox sagol