Mükəmməli tapmaq bir o qədər asan deyildir

Birini tanıyarsınız, elə rahat, ağır bir həyatı vardır ki; enerjiyə həsrət qalarsınız. Digərini tanıyarsınız; əksinə elə enerji dolu, hərəkətli və müsbətdir ki; budur! dediyiniz anda cəsarətsiz olduğunun fərqinə vararsınız. Of ! onun cəsarəti bunda, bunun enerjisi onda olsa, nə gözəl olardı deyə xəyal qurarsınız. Amma olmaz təbii ki…
Birini tanıyarsınız; danışmağa həsrət qalarsınız. Qarşınızda saatlarla susa biləcək, danışmağı sevməyən,paylaşmaqdan yana olmayan, ruhunuzu qəfəsləyən bir çox xüsusiyyətlə qarşılaşarsınız. Digərini tanıyarsınız; elə çox danışar ki;ağzınızı açmağınıza fürsət verməz, sözünüzü tamamlama şansına əsla nail ola bilməzsiniz. Bu səfər də onun sakinliyindən bir az bunda, bunun danışma istəyindən də bir az onda olsaymış deyərsiniz. Amma yenə olmaz təbii ki.
Birini tanıyarsınız; qaydaçılığı, hər şeyi müəyyən bir nizama görə yaşamağı və intizamlı həyatı ,elə darıxdırıcı gəlir ki; “yox bu qədərinə dözə bilmərəm deyər”, qaçarsınız. Digərini tanıyarsınız; çox rahat rəftarları, məsuliyyətsiz halları, gedişata görə dəyişən planları elə bir bezdirər ki; yenə “bunun rahatlığından bir parça onda, onun məsuliyyət duyğusundan böyük bir parça da bunda olsaymış ” deyərsiniz. Olarmı? Olmaz təbii ki.

Birini tanıyarsınız elə yoldaş canlı, elə yaxşısıdır ki; “ətrafa yaxşı olmaq əvəzinə əvvəl mənlə maraqlansaydı” deyərsiniz. Digərini tanıyarsınız; iki şəxsiyyət, eqoist birlikləri öyrənərsiniz. İnsanlarla ünsiyyəti orta, ictimai fəaliyyətlərə qatılmağı və qatmağı sevməyən, yalnız “ikimiz ikimiz” bir həyat yaşamaq istəyən bu model yenə bir əvvəlkini axtartdırar, çaşarsınız.
Yəni deməyimm odur ki; insanları tanıdıqca zamanla “mükəmməl” insan olmadığını anlar, “olduğu kimi” qəbul etməyi öyrənərsən. Öyrənə bilməsəniz də siz bilərsiniz. çünki hər insan fərqli mədəniyyətlərlə yetişir, fərqli ana-atanın təlimləriylə böyüyər, müəyyən bir zamandan sonra da öz qaydalarını meydana gətirər.
Mümkün deyil “hər mövzuda həm fikirik” deyə bilmək. Romantik əlaqələrində, ictimai əlaqələrində təbiətinə ziddir davamlı “mən də elə düşünürəm” demək. Onsuz da belə qüsursuz münasibətlərdə bir zaman sonra çətinlik verəcək.
Düşünün: sizin eyniniz bir olan model qarşınızdadır. Nə mənası qaldı? Mən onsuz da məni tanıyır və bilirəm. Qarşımdakı da bəzi mövzularda tam ziddim olmasa belə fərqli düşüncələrə sahib olacaq ki, danışa bilək, fikir alveri edə bilək və ən əhəmiyyətlisi PAYLAŞA BİLƏK.

Xülasə;
Qüsursuz dost axtaran dostsuz, qüsursuz yoldaş axtaran da bənzərsiz qalar. Nə vaxt ki inadlaşmağı və davamlı tənqid edici, qüsur axtarıcı baxışları azaldacayıq, o zaman dünya daha yaşana biləsi bir yer halına gələcək.

Angel_a

Şərhlər:

  1. young_girl dedi ki:
    maragliydi[.tesekkur
  2. Pî§KøpÂT dedi ki:

    cox sagol

  3. yAgmurlar dedi ki:

    gozel xeberdi cooox sag ol

  4. Sweet_Love dedi ki:

    inanilmaz gozel xeber idi coooox xowuma geldi. Tewekkurler ellerin derd gormesin

  5. polo dedi ki:

    mende sozlerle razilawiram

  6. MURAD_X dedi ki:

    maraqli xeberdir… twk

  7. ASKO dedi ki:

    eziyyte goire tewkjurlerr minetdarram cox saq ol

  8. SENSIZ HEYAT dedi ki:

    cox sag ol

  9. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore…

  10. Pestimist... dedi ki:

    tesekkur maraqli xeberdi

  11. gozel_qiz dedi ki:

    thanks my friend

  12. King_Of_THE_SKY dedi ki:
    THANKS
  13. s_y_a_m_a dedi ki:

    Cox maraqlidi heqiqetende ele anlar olur ki bele dusunuruk