Türk seriallarında rüşvət skandalı…

Türk seriallarında rüşvət skandalı…


İstehsalçı şirkətlər reytinq siyahıları hazırlayanları ələ alıb qazanc əldə edirlərmiş

İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “reytinqdə rüşvət” əməliyyatı keçirib. Reklam bazarından böyük gəlir əldə edən seriallardan “Muhteşem Yüzyıl”, “Kuzey-Güney”, “Fatmagülün suçu ne?”, “Aşk-ı Memnu”, “Adını Feriha Qoydum”, “Ezel” və “ümidsiz Ev Kadınları” kimi serialların prodüserlərinin ev və iş yerlərində axtarış aparılıb. Reytinqləri müəyyənləşdirən AGB və digər şirkətlərdən isə saxlanılanlar var.

Əməliyyat çərçivəsində “Medyapım” şirkətində aparılan axtarışlar tamamlanıb. Götürülən sənədlər çuvala qoyularaq möhürlənib və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Həmçinin “Nielsen Audience Measurement” şirkətinin binasında da axtarış aparılıb və buradan da bəzi sənədlər götürülüb.

İstanbulda reytinq şirkətlərinə və serial istehsal şirkətlərinə təşkil edilən əməliyyatda AGB-nin rəhbəri Helmi Berksöz, keçmiş AGB işçisi Cəlal Orçun və başqa 9 nəfər istintaqa dəvət edilib.

REYTİNQ SİYAHILARINI SATDILAR

Bəs bu çarx necə işləyir? İddiaya görə, televiziyada tamaşaçı kütləsini müəyyənləşdirən reytinq cədvəli və bu ölçülərə görə yüksək reytinq qazananlar reklam bazarından haqsız qazanc əldə edirmişlər.

Müstəqil və bitərəf olması gözlənilən reytinq firmalarının isə müəyyən miqdarda pul qarşılığında belə bir siyahı tərtib edərək istehsalçılara verirlərmiş. Bununla da reytinq firmalarının təyin etdiyi siyahı ilə işlərini quran serial prodüserlləri, öz seriallarına daha çox reklam cəlb edirlərmiş. Mütəşəkkil Cinayatkarlıqla Mübarizə İdarəsi də texniki təqib nəticəsində aşkar olunan şübhəlilərə dair “ticari sirrin ifşası”, “fərdi məlumatları hüquqa zidd olaraq ələ keçirmə” və “haqsız rəqabət” ittihamı ilə cinayət işi açıb.

Prodüsserləri nəzarətə alınan seriallar isə aşağıdakılardır:

Fatmagülün Suçu Ne?
Muhteşem Yüzyıl
Aşk-ı Memnu
Yaprak Dökümü
Adını Feriha Koydum
Ezel
Kavak Yelleri
Küçük Sırlar
Kuzey Güney
Bizim Yenge
Bir İstanbul Masalı
Umutsuz Ev Kadınları
Doktorlar
Karadağlar
Hırsız Polis
Arka Sokaklar
Binbir Gece

bY_GenC

Şərhlər:

  1. MURAD_X dedi ki:
    bunlardan en yaxsi seriallar Arka sokaklar ve Doktorlardir, o birilerini apar tulla..

    twk maraqli xeberdir..

  2. young_girl dedi ki:

    hmmmm.tesekkur

  3. EMO GRIL dedi ki:

    RUSVETE QALSA HAMI ALIR

  4. yAgmurlar dedi ki:

    Miss_KaPRizZ of_cAdI,
    en gozeli Adını Feriha Koydum twk
    wirin

    MURAD_X,
    bunlardan en yaxsi seriallar Arka sokaklar ve Doktorlardir, o birilerini apar tulla..
    punish

  5. ASKO dedi ki:

    arka sokakalara baxiram fulldu yaxi Kurtlar vadisi pusu bu siyaihda yoxdu olum kinoudu Polat eziyyete gore twk

  6. QISMET_1995 dedi ki:

    teüekkruelr

  7. Miss_KaPRizZ of_cAdI dedi ki:

    en gozeli Adını Feriha Koydum twk

  8. SENSIZ HEYAT dedi ki:

    bu rushvet bash alib gedir

    en zor kino Arka Sokaklar

  9. King_Of_THE_SKY dedi ki:

    baxan deyilemm ..:)

  10. Mix-Girl dedi ki:

    Seriallardan 1-2sine baxiram tesekkur

  11. polo dedi ki:

    seriallar camatin bawini xereb edir

  12. Pestimist... dedi ki:

    bu kinolarin hec birine baxmiram…

  13. B-zade dedi ki:

    adini feriha koydum super