“21-ci əsrin atalar sözləri”…

alt



1. Niyyətin hara, mənzilin ora. Əsas odur ki, suyu, qazı, işşığı daimi olsun.
2. Tarix təkrar olunur. Riyaziyyatı oxuyan yoxdur.
3. Əkəndə yox,biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.
4. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Vətən məgər vətənpərvərlər üçün qəbristanlıqdı?
5. Gəlin evin süpürgəsidi. Hara qoysan, oranı süpürüb talan edər.
6. Tək əldən səs çıxmaz, çırtma çalmasan.
7. Bir əldə iki qarpız tutma, qoy torbaya.
8. Başın girməyən yerə, CV vermə.
9. Biri istədi ki, hamı ona koroğlu desin. Vurdu atasının gözünü çıxardı. Hamı ona koroğlu dedi. İndi pul yığır ki, bir dənə saz, at və qılınc alsın.
10. Topala dedilər, niyə axsayırsan? Dedi ki, mən axsamıram, asfaltı əyri vurublar.
11. Toydan sonra 7 mərtəbəli tort?
12. Vaxtından əvvəl açan gülü şaxta vurmaz. Parnikdədi güller indi.
13. Uzunun ağlı turnikində olar.
14. İnək nə bilir çizburqer nədir.
15. Ucuz ətin şorbası ətin özündən bahadır.
16. Agzına atletik dovşan sığmır.
17. Sözü at, yiyəsi təpəni dagıtsın.
18. Nənəmin medalı olsaydı, baba deyərdim.
19. Su axan yerdən bir də axar. Su boruları pis gündədi.
20. Qonşu qonşu olsaydı, keçəl qızın parik qoyduğunu kimsə bilməzdi.
21. Aslanlar öləndə ağcaqanadlar yasda camaata qulluq edər, milçək də mollalıq.

Angelocka

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    canim coooooooooooox sag ol[color=#FF0000]

  2. Angelocka dedi ki:

    the 13th Warrior,
    opucuk

    MILAQROS,
    opucuk

    aznetin_gozeli,
    Sende sagol canim baciwkam opucuk

  3. МиниК_Сердце dedi ki:

    . Vaxtından əvvəl aзan gьlь şaxta vurmaz. Parnikdədi gьller indi.