“Bəzən”…

"Bəzən"...

Bəzən yorar insanı kiçik şeylər; böyük sirlər vardır kiçik şeylərin içində. Açıldıqca açılar, ölçüsünə həcminə baxmadan..

Bəzən sakitləşdirər insanı uzaqlar; uzaqlığa bir yaxınlığı vardır gözlərin. Gözlərin olduğu qədər könlün də..

Bəzən dayanar bütün addımlar; addımların tənbəlliyindən deyil, yolların düşündürücülüyündən. Elə dolaşııdır ki, susayar ayaqlar da bəzən..

Bəzən soruşar gözlər, dillər qəbul etsə belə. Məharət gözləri belə razı salmaqdır, gözəl söz söyləmək deyil.

Bəzən dayanar dünya, enməli olanlar enər, sonra yoluna davam edər. Sadəcə hər kəs üçün o duruş anı fərqlidir. Kimisi üçünsə heç dönməz dünya, ki o da tamam ayrı məsələ..

Bəzən hər şeyi bir mimika izah edər, bəzən gözyaşı, bəzən bir söz. Nə qədər də ağır gəlir söyləmək bəzən bir sözü belə..

Bəzən bir xatirə, bir ömür həsrət qoxar. Bəzən bir daha yaşaya bilməyəcəyini hiss edər insan içində olduğu xatirə..

Bəzən şair olar insan, misra qura bilməz. Bəzən misra qurar insan, şair deyil
Bəzən heç biridir, nə deyəcəyini bilməyən sıravi biridir yalnız..

Bəzən yaşadığını daha çox hiss edər insan, öləcəyini unudar tamamilə..

Bəzən yaşadığını tamamilə unudar, hətta bəzən hər ikisini də. Saniyələri uyğun gəlməz deyərlər ee insan üçün, ya bütün anları bir-birinin eyni olsaydı Bəzən qorxutmazmı bu ehtimal insanı?

Bəzən qorxar insan kölgəsindən. Kölgəsinin şəxsində özündən. Çünki öz bədəni keçmişdir günəşin önünə Öz əsəridir kölgəsi..

Bəzən susayar insan, dodaqları çatlayar susuzluqdan. Bəzən susayar insan, deyiləcək çox söz olduğu halda belə..

Bəzən dolar insan, kimsə anlamaz. Bəzən hər kəs anlar, özü özünü anlamaz..

Təkdir bəzən insan, elə tək baxar ki dünyaya. Bəzənsə heç də tək deyil, necə baxdığını bilsə..

Bəzən böyük görər insan özünü, nə acizlikdir! Bəzən aciz görər, nə böyük bir görüş!

Bəzən, “bəzən” deyil, “hər vaxt” demək lazımdır. Amma bilmək gərəkdir, nə vaxt?

Hər “bəzən”in bir zamanı vardır …

Angelocka

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    Bəzən yorar insanı kiзik şeylər; bцyьk sirlər vardır kiзik şeylərin iзində. Aзıldıqca aзılar, цlзьsьnə həcminə baxmadan..

    cooox maraqliydi …..cox sagol baciw…(tkm) …… mosking

  2. MILAQROS dedi ki:

    Sitat: badi_Seba
    cooox maraqliydi …..cox sagol baciw..


    ya_za

  3. Angelocka dedi ki:

    badi_Seba,
    Sende sagol awkim (tkm) mosking

    MILAQROS,
    Sende sagol meleyim ureyim

  4. МиниК_Сердце dedi ki:

    ангелочек twk