“Bürclərə görə talismanlar”…!

alt

Qədim ərəb mənbələrində yazılır ki, ilk dəfə Nuh peyğəmbərin oğlu Nam talisman və amulet haqda ilkin bilikləri insanlara çatdırmışdır. Onu “Zoroastr”, yəni “Diri ulduz” adlandırmışdır.

Qoç angel

Qoyun fiquru və ya qoyun şəkli olan (yalnız qoyun,qoç olmaz) hər hansı kiçik əşya evdə qoyula bilər. Bəzək əşyası yaxşı olar ki,paslanmaz poladdan hazırlansın,üzəri isə almaz və ya rubin ilə işlənsin. Talismanın hazırlanması və enerji toplaması üçün ideal vaxt səhərçağı, Günəş doğandan sonradır. Talismanı müntəzəm olaraq özünüzlə gəzdirin. Yemişan bitkisi uğurludur.

Buğa applause

Gildən buğa fiquru,heykəli,buğa təsviri olan heykəl və ya rəsm,ya da buğa buynuzu talisman kimi alına bilər. Enerji ilə yuklənmə vaxtı səhərdir.
Bəzək əşyası bürüncdən olmalıdır. Üzəri sapfir, opal, zümrüdlə işlənsə yaxşı olar. Kəhrəba (yantar) daşı qəti qadağandır. Bitkilərdən yasəmən yaxşı kömək edir.

Əkizlər cranky

Əkizlər fiquru olan zinət əşyası qızıldan,gümüşdən və ya dağ büllurundan hazirlanıb,aqat,berili ilə işlənməlidir.Əkizlər rəsmi evdə qoyula bilər.
Uğur gətirən bitki nərgizdir.

Xərçəng crazy

Kiçik gümüş xərçəng(kulon) üzəri ay daşı,rubin və ya zümrüdlə işlaənməlidir. Talismanı yükləmək üçün gecədən səhərə qədər suda saxlayın.
Bitkisi ağ zanmaq,jasmin və yasəməndir.

Şir evil

Gecə lampası,bra,gözəl şamdanda şamlar evdə,yataq otağında qoyula bilər.Qızıldan şir heykəlciyi,üzərində şir döyülmüş kulon almaz,kəhrəba,topazla işlənsin.Talismanı gecədən səhərə qədər yanar ocağın və ya şsamın yaninda saxlamaq lazımdır.
Bitkiləri pion və cökəçiçəyidir.

Qız eye

Bürünc qız fiqurunu evdə qoyulsun.Bəzək əşyası gümüş və plantindən olub,üzəri nifrit,malaxit,serdolik ilə işlansin.Talisman səhərçağı enerji ilə yuklənməlidir.Talismanı özünüzlə gəzdirməyin,evdə saxlasanız yaxşı olar.Qızlar üçün müqəddəs yerlərdən kiçik kisəyə torpaq qoyub,evdə saxlamaq məsləhətdir.
Astra bitkisi uğurludur.

Tərəzi happy

Bürüncdən kiçik simvolik tərəzi fiquru düzəldilməli,bəzək əşyasının üzəri sapfir,mirvari,opalla işlənməlidir.Talismanı Günəş batarkən,qırmızı şəfəqlər altinda enerjiləndirmək lazımdır.
Bitkisi qızılgül,bənövşədir.

Əqrəb heart

Poladdan əqrəb formalı kiçik əşya hazırlanmalı,bəzək məmulatının üzəri rubin,qranat,akvamarinlə işlənməlidir.Talismanə ay bütöv olanda ayın işığı altında saxlamaq lazımdır.
Evdə qərənfil,pion və xrizantema uğur gətirər.

Oxatan icecream

Sinkdən kentavr fiquru və ya bəzək hazırlanmalı,üzəri ametist və topazla işlənməlidir.Talismanı gecə ulduzlu səma altında saxlamaq lazımdır.Kentavr şəkli olan rəsm evdən asıla bilər.
Evdə limon kolu uğurludur.

Oğlaq lumped

Oğlaq bürcünün başı oğlaq,quyruğu burulmuş baılq quyruğu olduğu üçün fiqur və bəzək əşyası da eyni ilə bu cür hazırlanmalıdır.Üzəri qranat,oniks və lazuritlə işlənməlidir.Talisman gecə yarısı hazırlanmalıdır.Dəniz sahilindən yığılmış daşlar,mərmər parçası da yaxşı təsir edir.
Dibçəkdə fikus(həmişəyaşıl bəzək bitkisi) saxlansa yaxşı olar.

Dolça poor

Saqqallı kişi və ya çiynində su qabı olan qız fiquru yaxşı təsir edir.Bəzək əşyası opal,sirkonla işlənməlidir.Əşya gecəyarısı suda saxlanmaqla enerji toplamalıdır.
Üçrəngli maranta bitkisi uğurludur.

Balıqlar pray

Akvariumda 2 cüt eyni növ balıq saxlanmalıdır. İki əks istiqamətə balıq fiquru və bəzək əşyası hazırlanıb, mirvari, ametist və zümrüdlə işlənməlidir. Əşya Günəş çıxana qədər enerji toplamalıdır. Bitkisi jasmindir.

Talismanı nəinki sən seçirsən, həm də o səni seçir. Belə ki, Əşya həm sənin zövqünü oxşamalı, həm də sən onun xoşuna gəlməlisən.
Uyğun gəlməyən əşyadan uğur gözləmə…

Angelocka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    men shirem,cox maraqli idi

  2. Angelocka dedi ki:

    MILAQROS,
    Can meleyim sevindim ki xowuna geldi heart

  3. МиниК_Сердце dedi ki:

    Xərзəng twk

    Kiзik gьmьş xərзəng(kulon) ьzəri ay daşı,rubin və ya zьmrьdlə işlaənməlidir. Talismanı yьkləmək ьзьn gecədən səhərə qədər suda saxlayın.
    Bitkisi ağ zanmaq,jasmin və yasəməndir.