ÇİNLİLƏR ÖZÜTƏMİZLƏNƏN PALTAR İCAD EDİB

Funksional geyim yüngül sənaye sahəsində inqilaba səbəb ola bilər

çində Şanxay universitetinin alimləri özütəmizlənən paltar icad ediblər. Unikal texnologiya ilə hazırlanmış paltar, üzərində olan ləkələri özü aradan qaldırır. Bunun üçün paltarı bir neçə saat gün işığına çıxartmaq kifayət edir. Funksional paltar bundan başqa, geyimdən çıxan tər və digər xoşagəlməz qoxuları da aradan qaldırmağı bacarır.

çinli alimlər paltarın istehsal sirrini gizlətməyiblər. “Titan iki oksid” və Azotun birləşməsindən əmələ gətirilən mürəkkəb maddəyə turşu neytrallaşdırıcısı olan trietilamin əlavə edilib və məhlul 12 saat ərzində qatışdırılıb. Daha sonra məhlula paltarın əsasını təşkil edən pambıq parçalar əlavə edilərək 100 dərəcə selsidə qatışdırılıb. Sonda əmələ gəlmiş materiala Günəş işığına həssas olan gümüş-yod hissəcikləri əlavə edilib.

Funksional paltarın sınaqları uğurla həyata keçirilib. Belə ki, çinli mühəndislər paltara narıncı boya ləkəsi salaraq gün işığına çıxarıb. 2 saat gün işığında qalmış paltarda boya ləkəsinin 71 faizi yoxa çıxıb. Paltar bir neçə dəfə sınaqdan keçirilib. Unikal geyim təkrar yuyulmadan sonra da öz funksionallığını itirməyib.

Yüngül sənaye sahəsində böyük inqilab etmiş alimlər artıq bir sıra iri parça və geyim istehsalçılarının marağına səbəb olub. Geniş istehsal prosesinə başlanılacağı təqdirdə paltarın isti yay aylarında həddən ziyadə tərləməkdən və gündəlik paltar dəyişməkdən əziyyət çəkən insanların yeni funksional paltarlara tələbatını artıracağı proqnozlaşdırılır.

polo

Şərhlər:

  1. Autumn dedi ki:

    tewekkurler



    Əgər bir gün geri dönməyi düşünsən…. Sadəcə düşün..

  2. Pî§KøpÂT dedi ki:

    cox sagol

  3. Anara 21 dedi ki:

    BUNLAR HAMISI ŞUADIR….İNSAN ÜÇÜN ZƏRƏRLİ NƏ VARSA ÇİNLİLƏRDƏN ÇIXIR…….İNSANLARDA ƏFSUS OLSUN Kİ, BUNLARI QƏBUL EDİR…VƏ SEVƏ-SEVƏ İSTİFADƏ EDİRLƏR……OK;)))))))).

    not

  4. yAgmurlar dedi ki:

    teewekkurler

  5. mR_bAkiNec dedi ki:

    oLa Bilər sağol) xbr görə

  6. ASKO dedi ki:

    tewkurller eziyyte gore thank you minedtrram ax cinliler ax

  7. King_Of_THE_SKY dedi ki:

    wawi sac telefon thanks

  8. polo dedi ki:

    rey yazanlara twk-lerimi bildirirem

  9. MURAD_X dedi ki:
    onlar qabaga gediblerde.. twk maraqli xeberdir..
  10. QISMET_1995 dedi ki:

    tyeüeşşrkkelr

  11. aysuncuk dedi ki:

    hec olmasa bele seyleri 1ce defe de olsun azerbaycandan esidey dee

  12. ELIK28 dedi ki:

    cox saol eziyete gore twk