“Ölüm nədir?”…

"Ölüm nədir?"...

Ölüm – gözdür. Doğum anından başlayıb həyatdan çəkib gedənə qədər bilinməyən qapı dəliyindən səni müşahidə edər .
Ölüm – yuxudur. Onu xəyal edərsən yalnız gözün açıqkən açıq-aşkar görə bilməzsən əllə tutular gözlə görülər halını heç vaxt bilə bilməzsən.
Ölüm – dənizdir. Həyatın sahilini döyər dayanar. Səs verər səsini dinlədər. Üfüq nədir öyrədər. Sonsuzluq nədir hiss etdirər.
Ölüm – sevdadır. Uzlaşmazdır. Dikdir. Ağırdır. Yüngüldür. Özündən aparar özünə gətirər.
Ölüm – ümiddir. Çəkilməz bir həyata qarşı tək tuta bilməkdir inqilabçı bir çevrilmədir.
Ölüm – dostluqdur. Dostluqda tək dostdur. Səni aldatmaz. Riyakar deyil dürüstdür mərddir. Doğrunu söyləyər.
Ölüm – səfərdir.Dönüşü olmamağı nə qədər mənalı nə qədər gözəldir. Son gəmiyə minmək açılmaqdır.
Ölüm – oxumaqdır. Oxumaqla ölərsən. Ölümü oxuyarsan. Ölümlə oxuyarsan. Oxumaqdır çünki yetişkinləşərsən. Yeni bir sənsən.
Ölüm – bilməkdir. Belə də deyə bilərik
Ölüm – hüzndür. Heç bir şey bu hüznün dadını verməz verə bilməz.
Ölüm – yazdır. Qış deyil. İstidir yandırar qovurar. Günəşin altında bilmədiyin şey qalmamışdır artıq. Bişərsən. Olarsan.
Ölüm – qadındır. Çətin sevərsən. Sevdinmi bir daha buraxa bilməzsən. Anlaması çətindir onu. Buraxması da.
Ölüm – kişidir. Müşfiq görmək istəsən müşfiq zorba görmək istəsən zorba.
Ölüm – inancdır. İnanmazsansa ölə bilməzsən. İnandığında ölməsi asandır. Dinclik gəlib tapar səni.
Ölüm – gecədir. Bütün gərəksiz səslər kəsilər. Bütün gərəksiz rənglər itər. Bütün gərəksiz işlər buraxılar.
Ölüm – təpədir. İstəsən Prometeydən soruş.
Ölüm – evdir. İçində heç bir təhlükədən qorxmadan sığına biləcəyin yerdir. Xarici dünyanın vəhşiliyindən səni qoruyacaq bir məkan.
Ölüm – hekayədir. Girişi inkişafı vardır. Amma sonu yoxdur. Maraqlı bir hekayədir qətiliklə oxumaq lazımdır.
Ölüm – musiqidir. Böyük bəstəkarlar yaxınlaşdılar amma onun qədər qüsursuz bir əsər verə bilmədilər.
Ölüm – təklikdir. Haqqı verilmiş bir təklik. Zəhmətə dəyər bir təklik halı.
Ölüm – ayrılıqdır. Başqalarından ayrılıq deyil. Heç cür tamamlayamadığın özündən ayrılıq.
Ölüm – məktubdur. Kimə yazılar necə yazılar kimdən alınar kimə oxunar? Hər kəsin özüncə bir üsulu vardır.Ölüm yumordur. İti bir yumor.Faciəni içində gizləyən hər kəsə göstərməyən bir yumor.
Ölüm – Şərqdir. Bilindiyi düşünülən bilinməyən Şərq.
Ölüm – şeirdir. Həyat vəznində qafiyələrinin arxasında dilini əyib bükdüyün misrasına bütün şairlərin tutunduğu bir şeir.

Ölüm – ölümdür. Bilinənin əksinə zarafata gəlir, ələ gəlməz

Angelocka

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    azzz olum nedi…yawamaq lazimdi…o qeder olumden yazmisanki…lap qorxu duwdu canima……qorxudan rengim agardi.. scares

  2. Badi_Seba dedi ki:

    MILAQROS,
    aglama canim…niye aglayirsan…sende qorxdun???…

  3. MILAQROS dedi ki:

    Sitat: badi_Seba
    MILAQROS,
    aglama canim…niye aglayirsan…sende qorxdun???…

    he meni olumnen qoxuram(( cry

  4. the 13th Warrior dedi ki:

    MILAQROS—–Qadam olumden niye qorxursan ki? Gelin emellerimizi duzeldek ki, olumden qorxmayaq. Vallah inanin ki , bu dunyada Allahin dediklerine emeletsek olenden sonra Cennete duweceyik. cry CCCCOOOOXXX gozeldi . Bu dunyada olan cirkinlikler orda yoxdur.

    ALLAH NESIB ELESIN EMELLERIMIZI DUZELDEK, TOVBE ELEYEK VE BUTUN FORGENCIN UWAQLARI UZUAG CENNETDE GORUWEK. INWALLAH.OX ISTERDIM

  5. Angelocka dedi ki:

    badi_Seba,
    MILAQROS,
    Caaannn olerem ele qorxmayin yaninizdayam friends friends ele bele xeberdirde..Duzdu hami ucun olum var..Amma ki yawayiriqsa ele yawamaliyiq ki olendede rahat olek..Bilek ki yaxwi emellerle gedirik o biri terefe..

    the 13th Warrior,
    Coxxx sagol dostikim gozel reyin ucun.. friends

  6. Avtosh_227 dedi ki:

    super.cox sagol… applause

  7. МиниК_Сердце dedi ki:

    Цlьm – təklikdir. Haqqı verilmiş bir təklik. Zəhmətə dəyər bir təklik halı.