Dilənçilərin hiyləsi

Metro stansiyasının çıxacağında qadın dayanmışdı.Ona yaş vermək çətin idi.30 da verə bilərdin,23 də,hətta 42 də.Saçları çirkli və dağınıq,sifəti kədərli.
Qadının qarşısında qab var idi,keçənlər ora pul atırdılar.Atmazdılar,əgər arqument olmasaydı.Qucağında körpə tutmuşdu,yəni ki mən dilənməzdim ehtiyacım olmasaydı.Keçid həmişə adamla dolu olur və qab da tez dolur metroda.
Və bu pullarla hansısa bir qansız,qəddar şəxsin sarayının bir kərpici də hazır olur.Bəlkə də saraylarının.Burdan dilənçiyə də pay düşür,amma cüzi,doğrudan da dilənçi payı düşür.
Nə qədər deyilsə də,nə qədər yazılsa da bizim millətə xeyri yoxdur.ürəyi yanır,elə bilir ki bu pullarla nəsə yardım etdi.Halbuki hamımız çox yaxşı bilirik bu pullar hara gedir.Özünün cibindən sonuncu manatını verirsən,fikirləşirsən ki hansısa bədbəxtə kömək etdin.Yaxşı iş gördün.
Yaxşılıqdırmı bu?!!!
Belə qadınlardan birini məsəl çəkəcəm.Bir jurnalist bir neçə ay belə qadınlardan birini müşahidə edir.Görür ki qadın qucağında uşaq tutub,uşaq da yatır.Saatlarla yatır,səsi də çıxmır,tərpənmir.Axırda bir gün dözməyib qadına yaxınılaşır,soruşur:
-Bu uşaq niyə bütün günü yatır?
Qadın sifətini gizlətsə də çox qəti cavab verir:
-Rədd ol burdan ……….
Sifətinin mimikası da dəyişir,yazıqlıq,kədər,əzab yoxa çıxır.Həyasızlıq,sırtıqlıq -əsl sifət görünür.
Jurnalist bir də,bu dəfə bərkdən soruşur:
-De görüm bu uşaq niyə bütün günü yatır,tərpənmir.
Arxadan bir kişi qaba pul atdi və jurnalistə gileyləndi:
-Əl çək görmürsən bədbəxtin öz dərdi özünə bəsdir.
Səhəri gün jurnalist qadını yenə orda qucağında yatmış uşaqla görür.Yenə qadına yaxınlaşmaq istəyəndə polis gəlib sənədlərini istəyir.Jurnalist olduğunu gördükdə özlərinin bu işlə məşğul olacağını bildirib qadını ordan yola salır.Jurnalist çox maraqlanır ki körpə belə sakit ola bilməz axı.Tanış bir qaraçı tapır,ondan maraqlanır.
Qaraçının dedikləri jurnalisti şoka salır.
-Uşaq niyə bütün günü yatır?
-Ya araq,ya da narkotik!
Bu necə ola bilər axı?
çünki qışqırmasın,mane olmasın.Axı bütün günü iş başındadır.Narahatlıq yaratmasın.
Uşaq orqanizmi zəif olduğu üçün az dozada araq,ya narkotik onu yatızdırır.çox vaxt körpə buna dözmür,ölür.Bəzən hətta iş vaxtı olür.Bu zaman o qadınlar elə olü uşaqla da iş gününü başa vurmalı olur.
Odur ki,nə vaxt uşaqla dilənən qadın görəndə əlinizi cibinizə atmamışdan qabaq fikirləşin:əgər sizin yaxşılıq məqsədiylə verdiyiniz bu manatlar,qəpiklər olmasa bəlkə də bu biznes çoxdan məhv olmuşdu.Uşaqlar yox,belə alçaq biznes ölərdi.
Siz dilənçılərin qucağında yatan,ya da qarşısında arabacıqda oturan şıkəst uşaqlara ürəkyanğısı ilə yox,dəhşətlə baxın.çünki artıq siz bilirsiniz ki,bu uşaq niyə yatır!!!.
Odur ki,kömək etmək istəyəndə,içinizdən yaxşılıq etmək istəyi gələndə uşaq evlərinə,qocalar evinə üz tutun.Ora getməyə hazırlaşanlara qoşulun.Yardım edin və gözünüzlə şahidi olun ki,etdiyiniz yardım ünvanına çatdı.

painter girl

Şərhlər:

  1. BlAcKsTaRiN dedi ki:

    hi ………..

  2. Hilary Duff dedi ki:

    TEWEKKUR MARAQLI XEBERDI

  3. ASKO dedi ki:

    Quranda buyrulub kimki acqalib dilencilik etmese bu daha yaxsidir eziyyte gore thaks dostum buda 2ci xebrindi muboiw

  4. Miss_KaPRizZ of_cAdI dedi ki:

    tewekkur xeber ucun..

  5. Sweet_Love dedi ki:

    dilencilere hec pul vermirem. Onlara dirnaq arasi dilenci demek olar. tewekkurler maraqli xeber ucun

  6. Pestimist... dedi ki:

    INDIKI DOVURDE DILENCI VAR ELE DILENCILER BIZDEN YAXSI YASAYIR

  7. Anara 21 dedi ki:

    DƏHŞƏT…ÇOX PİS OLDUM NƏ YAZCAĞIMII BİLMİRƏM…….NİTQİM QURUDU….BELƏ İNSANLAR, ƏGƏR İNSAN DEMƏK OLARSA ONLARA.NƏ BİLİM…….BUNLARIN AXIRI HARA GEDİR….ÖZLƏRİNİ CƏHƏNNƏMƏ APARDIQLARI BƏS DEYİL GÜNAHSIZ UŞAQLARI DA BƏDBƏXT EDİRLƏR……….

  8. MURAD_X dedi ki:
    dilencilik etmek yerine getsinler ozune bir is tapsinlar. maraqli xeberdir.. twk
  9. Pî§KøpÂT dedi ki:

    dilencilik etmek yerine getsinler ozune bir is tapsinlarda.. supurgecide olsa oda isdide dilencilikden yaxsidiki xebere gore thanks

  10. SENSIZ HEYAT dedi ki:

    bu dilenchilerden zehlem gedir ALLAH hech kesi onlarin gonune salmadin AMIN

  11. new girl dedi ki:

    tewekkurler maraqli xebere gore

  12. King_Of_THE_SKY dedi ki:

    Thanks

  13. ROYS dedi ki:

    himmm duzu mende evveller vererdim amma indi bu barede cox qeddarlasmisam.