Tarkan Bakida
Bakı. ülkər Qasımova – APA. Türkiyənin meqa-starı Tarkanın dekabrın 30-da Heydər Əliyev Sarayındakı konserti ilə bağlı səhnə dekorasiyası, səs avadanlıqları və ekranlar Bakıya gətirilib. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, Tarkanın özü Bakıya dekabrın 29-da saat 18:00-da gələcək. Elə həmin gün Heydər Əliyev Sarayda konsertin dekorasiyası qurulacaq. Tarkan Bakıya 40 nəfərlik heyətlə gələcək.
N. Emiloğlu onu da deyib ki, konsertin bilet satışı yaxşı gedir və meqa-starın bakılı pərəstişkarları bilet almaqda davam edirlər. İlk dəfə olaraq Heydər Əliyev Sarayında konsert verəcək meqa-starı tarda Humay Qədimova, kamançada isə Sevinc Bağıyeva müşayiət edəcəklər:
“Əminəm ki, bu konsert Yeni il qabağı yerli tamaşaçıların ürəyincə olacaq. Konsertdə Tarkan tək çıxış edəcək və iki saatdan artıq səhnədə olacaq”.
Konsertdə başqa sürprizlərin də olacağını vurğulayan təşkilatçı hələlik bunları açıqlamaq istəmir. N. Emiloğlu biletlərin qiymətinin 60-400 manat arasında satıldığını da söyləyib. Tarkan konsertin səhəri gün, yəni
Dekabrın 31-də Türkiyəyə qayıdacaq.
Yenilənib:
tesekkurler minnetdaram
Moy samiy krasiviy*)
HEC XOSUM GELMIR BUNDAN
ona burdan salam deyirem bakiya xosh gelmisen)))
TEWEKKUR
meymunla ora getmek isterdim
Tarkana gedib qulaq asmaga deyer
twk baxmisam bilirdim eziyyte gore twk xow gelib
ZoRRo_BaKu,
heyle esebles me yee sora qarsini ala bilmesssenn oldu?
twk .. Ama . Xowum gelmir .
tewekkurler
MELUMAT UCUN SAG OL
heyif Azerbaycanda olmayacamm tarkanin mahnilarini cox xoslayiram
eeee bezdirdiler e 1 xeberde 10 defe atirlar o arvadan hec xowum gelmirdaaaaaaa